XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

10 May 2015 - 07:31

Daha iki oliqarx quda oldu – ÖZƏL

Azərbaycanda yüksək rütbəli məmurların, iri kapital sahibi olan oliqarxların bir-birləriyə qohumçuluq əlaqələri qurması artıq dəb halını alıb. Neçə məmur saymaq olar ki, öz qanını kasıb təbəqəylə calamaq istəməyib, övladlarına ömür-gün yoldaşını Azərbaycanın “yeni zadəganlar”ı sinfinə mənsub çevrədən seçiblər…

Bugünlərdə daha iki “yeni zadəgan” qohumçuluq ittifaqı qurmağa müvəffəq olub.

Strateq.az-ın əldə etdiyi məlumata görə, mayın 1-də Azərbaycan oliqarxiyasını təmsil edən iki nüfuzlu məmur – Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev quda olublar. Kərəm Həsənovun oğlu, Elmar Vəliyevin qızı ilə ailə həyatı qurub. Hər iki gəncin toy mərasimi isə Bakıdakı “Buta Palace”da keçirilib.

Məlumat üçün bildirək ki, bundan qabaq Elmar Vəliyev oğlnlarından birinə Baş Prokurorluqda idarə rəisi olan Əzizağa Həsənovun qızını alıb.

Elmar Vəliyevin qardaşı Şahmar Vəliyev isə Prezidentin mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun qardaşıyla qudadır.

Allah gəncləri xoşbəxt etsin!

Strateq.az