XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

04 Fevral 2016 - 19:30

Rusiyadan Avropaya nüvə təhdidi: [color=red] İsveç NATO-nu köməyə çağırıb

 

Rusiya Avropanı nüvə hücumlarıyla təhdid edib.

Strateq.az xəbər verir ki, NATO-nun ötən həftə yaydığı hesabatda belə deyilir.

Hesabatı şərh edən NATO-nun Baş katibi Cens Stoltenberqin fikrincə, manevr zamanı NATO ölkələrinə və partnyorlarına ünvanlanmış nüvə hücumları simulyasiya edilib:

"2013-cü ilin mart ayında keçirilən manevr əsnasında İsveçə qarşı nüvə hücum sınaqdan çıxarılıb. Sınağa 4 ədəd Tu-22M3 bombardman təyyarəsilə 2 ədəd Su-27 reaktiv təyyarəsi qatılıb. Bu tədbirlər NATO təhlükəsizlik sistemində gözlənilməz və sabitlikpozucu faktorlar kimi qiymətləndirilir”.

Hadisə ilə əlaqədar Rusiyadan açıqlama tələb edən İsveç hökuməti hava sərhədindəki bombardman təyyarələrinin təhdidvari uçuşları səbəbiylə NATO-nu köməyə çağırıb.