XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

05 Fevral 2016 - 06:17

Obamadan qəfil qərar: [color=red]Neftin hər barrelinə 10 dollar vergi!

ABŞ prezidenti Barak Obama xam neftin hər barrelinə görə 10 dollar vergi tutulmasını istəyir. Ağ Evin rəhbəri bu təklifini gələn həftə – 2017-ci il büdcəsinin müzakirəsi zamanı rəsmən elan edəcək.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, 10 dollarlıq vergi hazırkı neft qiymətinin üçdə biri deməkdir. Bu həm də o deməkdir ki, bu yolla hər il xəzinəyə onmilyardlarla vəsait daxil olacaq.

Obama bu vəsaitin 20 milyardının infrastruktur layihələrinə, 2 milyardının ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri ilə bağlı araşdırmalara yönəldilməsini təklif edir.  

Respublikaçıların çoxluqda olduğu ABŞ Konqresinin bu təklifi böyük ehtimalla rədd edəcəyi gözlənilir. 

Yerli neft şirkətləri isə prezidentin bu fikirlərini heyrətlə qarşılayıblar. «WTRG Economics» konsaltinq şirkətinin analitiki Ceyms Vilyams «Reuters»ə açıqlamasında Obamanın ideyasını sərt tənqid edib. «İstehza edirsiz?», – deyə, analitik Obamaya sual ünvanlayıb. 

Ekspertlər hesab edir ki, ABŞ hökuməti bu yolla ölkə iqtisadiyyatının neftdən asılılıq dərəcəsinin aşağı salınması və alternativ enerji mənbələrini inkişaf etdirməklə bağlı müzakirələri gündəmə gətirmək istəyir.