XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

05 Fevral 2016 - 06:28

Davudoğludan ABŞ-a ittiham: [color=red] “Nə vaxt Rusiyayla görüşürsə, Suriyada vəziyyət daha da gərginləşir”

"Nə zaman Amerika-Rusiya arasında görüş olubsa, ertəsi gün Suriyada daha çox hücumlar qeydə alınıb. Bunun şərhini gözləmək bizim haqqımızdır. Milyonlarla suriyalını qonaq ediriksə, bunu soruşmaq haqqımız olduğu kimi, həm də Suriya xalqı adından danışmaz da vəzifəmizdir".

Strateq.az xəbər verir ki, Rusiya ilə ABŞ-ı faktiki olaraq əməkdaşlıqda günahlandıran bu fikirləri Türkiyənin Baş naziri Əhməd Davudoğlu səsləndirib. Davudoğlunun fikrincə, AB, Rusiyaya qarşı daha konkret və aydın mövqe ortaya qoymalıdır.

Baş nazir açıqlamasında onu da vurğulayıb ki, hazırda Hələbdə son beş ilin “ən ağır, ən təhlükəli və ən böyük” hücumları yaşanır. Hədəfə alınan yerlərin 90%-ı isə sivil məntəqələr, mülki vətəndaşlardır.

Rusiya və müttəfiqlərinin hücumları nəticəsində Hələblə Türkiyə arasında əlaqələrin kəsildiyini etiraf edən Davudoğlu bunun nəticəsində xeyli suriyalının aclıq və susuzluqdan  öldüyünü bildirib. Onun fikrincə, bu risk altında yaşayan suriyalıların sayı 300 mindən çoxdur.