XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

05 Fevral 2016 - 10:01

Azərbaycanın valyuta ehtiyatı daha 1,2 milyrad dollar azalıb – [color=red]Mərkəzi Bank

dollar-3.jpg

2016-cı ilin yanvarında Mərkəzi Bankın ehtiyatları $618,2 mln və ya 12,32% azalaraq, $4 398,5 mln təşkil edib.

Ötən ay Dövlət Neft Fondu daxili bazarda $600 mln valyuta satıb.

Nəticədə yanvarda manata dəstək üçün valyuta ehtiyatlarından $1,2 mlrd vəsait xərclənib. turan.az

Manatın məzənnəsinin qorunması üçün bu qədər vəsait xərclənməsi yanvarda neftin ucuzluğu ilə izah edilir. SOCAR-ın məlumatına görə, BTC FOB Ceyhan neftinin orta qiyməti yanvarda $32,33 olub. Bir il əvvəl bu göstərici $48 idi.

Hələlik Dövlət Neft Fondu 2015-ci ilin yekunlarını açıqlamayıb və ilin əvvəli üçün aktivlərinin həcmi məluma deyil. Ehtimal ki, Fondun $33 mlrd vəsaiti qalıb.