XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

05 Fevral 2016 - 12:44

ATƏT sədri: [color=red]“Almaniya Qarabağla bağlı danışıqlar prosesini aktivləşdirməyə çağırır”

 

stanmayer.jpg

“Dağlıq Qarabağ və Dnesteryanındakı  münaqişələri “dondurulmuş” saymıram. Bu münaqişlər qalmaqla  ildən-ilə problemli regionun inkişafını ləngidir”.

Strateq.az bildirir ki, bu sözləri ATƏT-in fəaliyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Valter Ştnamayer erməni KİV-nə verdiyi müsahibəsində bəyan edib.

 Onun sözlərinə görə, bu münaqişə nəticəsində hər il insanlar həyatını itirir:

“Biz atəşkəsi sabitləşdirmək istəyirik. Etimad yaratmaqla, insanların gündəlik həyatını yüngülləşdirmək üçün hiss ediləcək addımlar atmaq niyyətindəyik. Buna nümunə olaraq, iqtisadi əlaqələrin bərpa olunmasını deyə bilərəm”.

Ştanmayer bildirib ki, Dağlıq Qarabağdakı təmas xəttində silahlı toqquşmalar onları narahat edir:

“Almaniya Minsk Qrupunun egidası altına aparılan danışıqlar prosesini  aktivləşdirməyə çağırır. Bu istiqamətdə vacib addım atəşəs rejimini pozulmasını araşdıran mexanizmin yaradılmasıdır”.

Ştanmayer Dnesteryanı problemin həlli üçün başqa variant təklif edib. Onun sözlərinə görə, bu münaqişəni Moldovanın ərazi bütövlüyü və suverenliyini təmin edəcək tənzimləmə modeli  axtarılır:

“Bu zaman Dnestryanına xüsusi status veriləcək”.