XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Fevral 2016 - 14:53

İqtisadiyyatı ən pis və ən yaxşı ölkələr[color=red] – “Bloomberg” siyahını açıqladı

“Bloomberg” agentliyi iqtisadiyyatı ən pis olan ölkələrin siyahısını açıqlayıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, nəticələr 63 ölkədə aparılan araşdırma ilə üzə çıxıb. Həmin ölkələrdə işsizliyin və inflyasiyanın səviyyəsi əsas götürülüb.

Siyahıda birinci yeri Venesuela, ikinci yeri Argentina, üçüncü yeri Cənubi Afrika Respublikası, dördüncü yeri Yunanıstan, beşinci yeri Ukrayna tutur.

Analitiklər bildirirlər ki, neft qiymətlərinin ucuzlaşmasına görə, Venesuela artıq ikinci ildir ki, siyahıya liderlik edir. «İlk onluğ»a düşənlər arasında İspaniya, Serbiya, Türkiyə,  Braziliya və Qazaxıstan da var.

İqtisadiyyatı ən yaxşı olan ölkələrin "üçlüyündə" isə Tailand, Sinqapur və İsveçrə yer alıb.