XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

05 Fevral 2016 - 15:39

Nüvə raketi, hökumət üzvlərinin şəxsi həyatı…[color=red] – Çinin məxfi məlumatları ABŞ-ın əlinə keçdi

Çin hökumətinin bir sıra məxfi məlumatları ABŞ xüsusi xidmət orqanlarının əlinə keçib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə «The Washington Free Beacon» qəzeti məlumat yayıb.

Qəzet yazır ki, məxfi məlumatları ABŞ Federal Təhqiqatlar Bürosuna Çindən olan iş adamı, vaxtilə jurnalist kimi fəaliyyət göstərmiş Lin Vançen ötürüb. 

O, ABŞ-a Çinin yüksək rütbəli məmurlarından birinin qardaşı Lin Tszixua ilə gedib. Tszixuaya öz ölkəsində korrupsiyada ittiham olunur. 

«The Los Angeles Times»ın yazdığına görə, 2015-ci ilin yayında ABŞ-a gedən Lin Vançen Federal Təhqiqatlar Bürosu ilə bəzi informasiyaları bölüşüb.

Belə məlumatlardan biri də nüvə silahından istifadə ilə bağlıdır. Ehtimal olunur ki, Vançen amerikalılara Çinin nüvə raketlərinin kodlarını da təqdim edib. 

Onun Çinin birinci şəxsləri ilə bağlı təhlükəsizlik tədbirləri, hökumət iqamətgahı və hökumət üzvlərinin şəxsi həyatı ilə bağlı bilgiləri də paylaşdığı bildirilir.