XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

05 Fevral 2016 - 16:52

[color=red] Dollar və manat istiqrazları [/color] həvəslə alınıb

manat-dollar-112.jpg

Bu gün  Maliyyə Nazirliyinin “Bakı Fond Birjası” QSC-də hərraca çıxartdığı manat və ABŞ dollarında olan dövlət istiqrazlarının buraxılışı uğurla həyata keçirilmişdir. 

Maliyyə Nazirliyinin Mətbuat Xidmətindən "Marja"ya daxil olmuş məlumata görə, ümumi həcmi 12 milyon ABŞ dolları olan 1 illik və 2 illik dövlət istiqrazları müvafiq olaraq 2.77% və 3.02% gəlirlilik dərəcəsi ilə investorlar tərəfindən alınmışdır.

Eyni zamanda ümumi həcmi 20,0 milyon manat məbləğində 6 aylıq və 1 illik dövlət istiqrazları müvafiq olaraq 7.79% və 8.8% gəlirlilik dərəcəsi ilə yerləşdirilmişdir.

Azərbaycan Respublikası Maliyyə Nazirliyi ümumi həcmi 500,0 milyon ABŞ dolları və 400,0 milyon manat məbləğində dövlət qeydiyyatından keçmiş emissiya prospektlərinə uyğun olaraq cari ilin sonunadək dövlət istiqrazları üzrə mütəmadi olaraq hərracların keçirilməsini təmin edəcəkdir.