XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

06 Fevral 2016 - 07:14

İstanbul dünyanın yeni [color=red]maliyyə mərkəzinə çevrilə bilər

istanbul-00.jpg

Dünya maliyyə mərkləzlərinin reytinqinə nəzər salarkən qeyd etmək olur ki, Nyu-YorkLondon uzun illər bir-biri ilə rəqabət aparır. Həm də Nyu-York son zamanlar üstünlükdə Britaniya paytaxtı ilə ayaqlaşa bilmir.

Parlaq ulduz təkcə London deyil. Bir az aralıda Sinqapur yerləşir. Qanunvericiliyə edilmiş dəyişikliklər və təklif etdikləri üstünlüklər sayəsində Sinqapur beynəlxalq maliyyə oyunçularını ora yatırım qoymağa inandıra bildi. Xeyli bölgədən kapital cəlb etməyi və Uzaq Şərqin maliyyə mərkəzi olmağı bacardı.

Londondan Sinqapuradək geniş ərazidə bir “deşik” qalıb… Bu zonaya yönəlik daha bir maliyyə mərkəzinə ehtiyac meydana çıxıb. Bu tələbata cavab olaraq İstanbulda beynəlxalq maliyyə (finans) mərkəzi (İFM) ideyası yarandı.

Lakin…

İstanbul bu böyük piroqa yeganə iddiaçı deyildi. Onun yekədiş rəqibi Moskva idi…

Türkiyədə dalbadal keçirilən seçkilər, gecikmiş islahatlar, bölgə hadisələri İFM layihəsinin inkişafına zərbə vurdu. Nəticə etibarilə Moskva bizi bir addım qabaqladı…

Prosesin İstanbulun əleyhinə işlədiyi vaxt… Putin özünü köməyə çatdırdı!

Bu ərəfədə Böyük Britaniyanın Ankaradakı səfiri Riçard Mur bizimlə söhbətdə İFM məsələsinə də toxundu. Qeyd etdi ki, Türkiyənin – İstanbulun maliyyə mərkəzinə çevrilməsi üzrə layihəsini diqqətlə izləyir. Mur vurğuladı: “İFM-in ən güclü rəqibi Moskva idi. Lakin Putin bu gün belə bir imkanı istisna etmək üçün çox gözəl işləyir!”

Mur həmçinin işarə etdi ki, Böyük Britaniya və Türkiyənin öz səylərini birləşdirəcəyi halda maraqlı kombinasiya ortalığa çıxa bilər… Murun sözlərindən nəticə çıxarmaq olar ki, iqtisadi artım və inkişaf üçün daha çox ehtiyac duyduğumuz kapital bazarının çempionu gələcək Türkiyəyə inam və maraq sərgiləyir.

Baş nazir Əhməd Davudoğlu və Baş nazirin birinci müavini Məhməd Şimşəyin Londonda təqdim etdiyi təkliflərə maraq… Böyük Britaniya Türkiyəyə yönəlmiş iştirak bankinqi, sığorta və təqaüd sistemi kimi sahələrdə  işə başlayıb…  

Baş nazirin birinci müavini Məhməd Şimşək və Britaniyanın iqtisadiyyat nazirinin iştirakı ilə fevralın 18-19-da keçirilməsi planlaşdırılan konfrans

London maliyyə mərkəzi başçısının fevralda Türkiyəyə planlaşdırılmış səfəri

Bütün bu proqram və işləri bunu əlaməti saymaq olar ki, İstanbul və nəticə kimi, Türkiyə maliyyə sahəsində yeni dinamizmin səhnəsinə çevriləcək.

Elə həmin gün ABŞ Maliyyə nazirinin müavini Adam Şubinlə söhbət etmək fürsəti əlimə düşdü. O dedi: “Türkiyə ticarət, maliyyə, coğrafi baxımdan ABŞ üçün əvəzsiz və həyatönəmli tərəfdaşdır. Münasibətlərimniz bundan sonra da inkişaf edəcək”.

Bu tezis güman etməyə imkan verir ki, maliyyə dünyasının daha bir nəhəngi Türkiyəni diqqətdə saxlayır.

Putinin bizə işlədiyini yada salanda isə…

Bizə islahaltların və hüquqi infrastrukturun sürətləndirilməsinə prioritet verməklə kapital bazarları üçün yolu təmizləmək qalır.

 

Fərid Barış Parlaq

DÜNYA (Türkiyə), 05.02.2016

(Tərcümə Strateq.az-a məxsusdur)