XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

07 Fevral 2016 - 08:21

Avropanı etirazlar bürüdü [color=red]- Polislə nümayişçilər toqquşdu, həbslər var (FOTO, VİDEO)

Avropanın böyük şəhərlərini islamlaşma və müsəlman ölkələrindən gələn miqrantlar əleyhinə nümayişlər bürüyüb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, ötən şənbə Praqada başlayan etirazlar sonradan Avropanın digər şəhərlərinə də yayılıb. 

Aksiyaların əsas təşkilatçısı anti-İslam hərəkatı olan «Pegida»dır.

Kopenhagendə və Fransanın şəhərlərində polis nümayişçilərin bir neçəsini həbs edib. Aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə olunub.

Drezden şəhərində küçələrə 8 min etirazçı çıxıb. Asayişi təmin etmək üçün nümayişlərin keçirildiyi meydanlara 2 min polis əməkdaşı cəlb edilib.

Paralel olaraq qaçqınların müdafiəsinə də qalxanlar olub. Almaniyada 3500 nəfər «Pegida»nın əleyhinə və miqrantları müdafiə məqsədilə nümayiş keçirib.