XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

07 Fevral 2016 - 12:09

[color=red] Şimali Koreya yenə dünyanı şoka saldı [/color] – BMT Təhlükəsizlik Şurası bu gün toplanacaq

raket-Shimali-Koreya.jpg

BMT  Təhlükəsizlik Şurası  bu gün Bakı vaxtı ilə saat 20.00-da  Şimali Koreyanın ballistk raketi buraxmasını müzakirə edəcək. BMT TŞ-nin iclası Cənubi Koreyanın təşəbbüsü ilə çağrılıb. 

Cənubi Koreyanın prezidenti Pak Kın Xe bildirib ki, Şimali Koreya dördüncü dəfə nüvə sınaqları həyata keçirməsinin ardından beynəlxalq birliyin xəbərdarlığı və  BMT TŞ-nin qətnamələrini qualaqardına vuraraq uzaqmənzilli raket buraxılışını həyata keçirib: “Nəzərə almaq lazımdır ki, Şimali Koreya tərəfindən nüvə təhlükəsi ilə bütün bəşəriyyət üzbəüz qalıb. Buna görə, Təhlükəsizlik Şurası çevik sərt sanksiyalar qəbul etməlidir”.

Pxenyanın ballistk raket buraxmasını bir çox ölkələr və beynəlxalq təşkilatlar da pisləyiblər. BMT Baş katibi Pan Gi Mun Şimali Koreyanı “təxribatçı hərəkətlərə” son qoymağa çağırıb. Rusiya XİN bəyan edib ki, Pxenyan artıq necənci dəfədir ki, beynəlxlaq birliyin xəbərdarlıqlarına əməl etmir və beynəlxlaq hüquq normalarına laqeyd münasibət sərgiləyir.

ABŞ dövlət katibi Con Kerri isə Şimali Koreyanın bu addımının ABŞ-a təhlükə olduğunu açıqlayıb.

Xatırladaq ki, bazar günü gecə Şimali Koreya ölkənin Şmal-qərbində yerləşən poliqondan uzaqmənzilli ballistik raket buraxılışı həyata keçirib. Bu barədə ABŞ və Cənubi Koreyanın hərbi strukturları məlumat verib. Startdan sonra raket Cənub istiqamətində uçub və əldə olunan məlumatlara görə, Yaponiyanın Okinava adaları üzərindən keçib.

Şimali Koreya isə Soxe sınaq poliqonundan süni peyki – “Kvanmenson-4”  oribitə çıxaran daşıyıcı-raket buraxıldığını açıqlayıb.

BBC xatırladır ki, bundan əvvəl Şimali Koreya Yerin orbitinə süni peyk çıxarmaq niyyətini bəyan etmiş və müvafiq beynəlxalq təşkilatlara xəbərdarlıq göndərmişdi.

Xəbərdarlıqda deyilirdi ki, raketin birinci hissəsi Cənubi Koreya sahilləri yaxınlığına, Sarı dənizə, ikinci hissəsi isə Fillipin sahilləri yaxınlığında Sakit Okena düşəcək.

Bu gün səhər Şimali Koreya televiziyası raket süni peyki Yerin orbitinı uğurla çıxarıb və bu ölkənin lideri Kim Çen İnin şəxsi tapşırığı ilə həyata keçirilib.

Pxenyan iddia edir ki, ölkənin raket proqramı dinc xarakter daşıyır. Amma ABŞ, Yaponiya, Cənubi Koreya və hətta Şimali Koreya ilə yaxın münasibətləri ilə seçilən Çin hesab edir ki, peyk buraxılışı Kim Çen İn rejiminin ABŞ-ın Qərb sahilini vura biləcək uzaqmənzilli raketlər hazırlanması üçün maskalanma kimi istifadə olunur.

Cənubi Koreya analitikləri isə raket buraxılışı və peyk çıxarılmasını Kim İnin ad günü ilə əlaqələndirirlər. Onun ad günü fevralın 16-da qeyd olunacaq.

Bu arada Şimali Koreya ABŞ-la ölkə ərazisində yeni hərbi hava hücumundan müdafiə sisteminin yaradılması barədə müzakirələrə başladığını açıqlayıb.

Yaponiyanın Müdafiə naziri Qen Nakatani Şimali Koreyanın raket buraxmaq planı ilə əlaqədar Silahlı Qüvvələrin  döyüşə tam hazır vəziyyətdə gətirilməsinə dair əmr verib.  

“Baş verə biləcək istənilən hadisəyə reaksiya verməyə tam hazır olmalıyıq. Şimali Koreya BMT-nin qətnamələrinə ciddi şəkildə riayət etməlidir”, deyə nazir bildirib.

Qeyd edək ki, bir müddət  əvvəl, bu il yanvarın 6-da Şimali Koreya hidrogen bombasını uğurla sınaqdan keçirdiyini açıqlamışdı. Bu bombanın hazırlanması daha mürəkkəb texnologiya tələb edir və onun partlayış gücü uran və plutonium bombasının gücündən çoxdur.

Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsi dünya siyasətini silkələmişdi. Ekspertlər bu proseslərin geosiyasi vəziyyətin gərginləşməsi fonunda baş verməsinə xüsusi diqqət yetirirlər. Onlar Şimali Koreya rəhbərliyinin bu təhlükəli addımı təsadüfən atmadığı qənaətindədirlər. 

Strateq.az