XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

07 Fevral 2016 - 12:40

Mənzil bazarında alıcıları [color=red] “boğaza yığan” problemlər – Araşdırma

ucuz-menzil.jpg

Bu gün Azərbaycanın tikinti və əmlak sektoru problemlər ilə doludur. Yaşayış komplekslərində mənzil alanlar aldadılmaqdan tutmuş şəraitsizliyə qədər bir çox problemlər ilə qarşılaşırlar.

Əlbəttə, mənzil bazarındakı hazırkı bütün şərtlərin sərfəli olduğunu deyə bilmərik. Əsasən, 1 kavadrat metrinin qiyməti 700-1200 manat civarında olan yaşayış komplekslərində bütün xidmətlər və infrastruktur olmur. Yəni bəzi təkliflərdə qiymətlər ilə şərait bir-birinə uyğun gəlmir. Məsələn, mənzilin bir kvadratmetri 900 manatdan təklif olunur, amma həmin kompleksin yaxınlığında gələcəkdə uşaqların təhsil alması üçün məktəb, kompleksin ərazisində istirahət etmək üçün geniş park, əyləncə məkanı, alış-veriş üçün yerlər olmur. Yaxud həmin binada elektrik enerjisi, qaz və istilik enerjisi problemləri ortaya çıxır.

Mənzil tikintisi sektorunda tez-tez dilə gətirilən problemlərdən biri də binaların standartlara uyğun tikilməməsi, keyfiyyətsiz materiallardan istifadə olunmasıdır. Sonradan mənzil sahibləri bir çox qüsurlara görə, əlavə xərcə düşürlər.

TƏLƏSMƏYİN, BU TÖVSİYƏLƏRƏ ƏMƏL EDİN

Birincisi, mənzil alarkən xidmətlərə və infrastruktura diqqət yetirin. Yoxsa, eyni pula bütün şəraitin olduğu yaşayış kompleksində mənzil ala biləcəyiniz halda, yarımçıq şəraitin və gediş-gəlişin çətin olduğu bir ünvanda ev almış olarsınız.

İkincisi, yaşayış kompleksini tikən şirkətin tarixinə nəzər salın. Əgər şirkət əvvəllər mənzil tikintisi üzrə uğurlu layihələr həyata keçirmişdirsə, bu həmin şirkətin sizin maraqlandığınız layihəsinin də uğurlu olacağına işarədir.

"Marja" araşdırması zamanı, əsasən aşağıdakı halların alıcılar tərəfindən narazılıqla qarşılandığını müəyyən etdi:

1. Adətən mənzillər bünövrə mərhələsindən satılır, mənzil sahibi evinə ən tez 1 -1,5 ildən sonra köçməli olur. Gənc ailələrin çoxu bu şərtdən məmnun deyillər. Onların həm kirayəyə, həm ailənin xərclərinə, həm də mənzilin aylıq ödənişinə vəsaitlləri çatmır,

2. Son vaxtlar tikinti şirkətləri mənzilləri alıcıya təmirli şəkildə təhvil verəcəklərini bildirirlər. Çoxları hesab edir ki, təmir mənzilin qiymətini qaldıran amildir. Fərdi şəkildə mənzilin 1 kvadrat metrini 250-300 manatdan təmir etdirmək mümkün olduğu halda, tikinti şirkətləri təmirin 1 kvadrat metrinin təmirini 550 manatdan hesablayırlar,

3. 20 illik ipoteka ilə bir mənzil alınan zaman, alıcıdan iki mənzilin pulu çıxır. Məsələn, bünövrə mərhələsindən, tam təmirli adı ilə nağd qiymətə təxminən 65-75 min manata satılan mənzil 20 illik ipoteka ilə alıcıya 140 min manatdan da baha başa gəlir. Bu əsasən qiymətlərin həddindən artıq yüksək olması ilə bağlıdır.  Mənzillərin 1 kavdartmetrinin qiyməti insanların gəlirlərinə uyğun deyil,

4. Binanın sənədləri qaydasında olmur. Alıcılar sonradan kupça almaqda çətinlik çəkirlər,

5. Binada qaz, istilik və su problemləri olur,

6. Bina tikilən zaman həmin binada yaşayacaq sakinlərin avtomobilləri harada saxlayacağı nəzərə alınmır. Binada yaşayış başladıqda sakinlər buna görə böyük əziyyət çəkirlər,

7. Bəzi tikinti şirkətləri bir mənzili iki şəxsə satırlar və ya tikinti vaxtında tikilib istismara təhvil verilmir,

8. Tikinti şirkətləri alıcıları reklamları ilə aldadırlar. Şirkətlərin ofislərində olan alıcılar reklamda eşitdiklərindən fərqli sözlər eşidirlər.

Qeyd olunan və olunmayan problemlərə görə, mənzil alarkən bir neçə dəfə düşünün. Həm pulunuza, həm də canınıza heyfiniz gəlsin.