XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

07 Fevral 2016 - 14:25

Rusiyada sərxoşlar [color=red] BTR qaçırdılar

btr_70.jpg

Rusiyanın Leninqrad vilayətində yalnız Şimal qonşumuzda ola biləcək qeyri-adi hadisə baş verib. Polislər uzun sürən təqibdən sonra sərxoş şəxslərin idarə etdiyi Zirehli Döyüş Maşınını (BTR) saxlaya biliblər.

Karavayevo kəndi rayonunda BTR-in peyda olması ilə bağlı rayon polisinə bu gün səhər məlumat daxil oub. Polisə məlumat verilib ki, döyüş maşını sakinlərdən birinin bostanını dağıdır.

Hadisə yerinə gələn yol polisi əməkdaşları Ust-Luyqa limanına girişdə BTR-ə çatıblar. BTR isə yüksək sürətlə polislərin idarə etdiyi Ford maşınına doğru hərəkət edib. Polislər toqquşmadan yayınaraq təqibə başlayıblar.  

BTR yoldan çıxdıqdan sonra polis əməkdaşları maşını tərk edərək, onun ardınca qaçmağa məcbur olublar. BTR  bir ağaca çarpılaraq dayanıb. Yol müfəttişləri BTR-in içində iki sərxoş kişi aşkar ediblər.

Məlum olub ki, onların hər ikisi Peterburq şəhərindəndirlər. Onların Kinqiseppsk rayonunda bağ evləri və yaxtaları var. BTR-ə aid heç bir sənəd isə aşkar olunmayıb.

Bu barədə 47news.ru saytı Kinqiseppsk rayon polis idarəsinə istinadla məlumat yayıb.

Polislər BTR-i cərimə meydançasına aparıblar.

Strateq.az