XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

08 Fevral 2016 - 10:51

Barak Obama: [color=red]“Ağ Evdə internet zəifdir, Wi-Fi ümumiyyətlə tutmur”

 

obama internet.jpg

ABŞ prezidenti Barak Obama CBS telekanlına müsahibəsində Ağ Evdə internetin keyfiyyətindən şikayətlənib.

Strateq.az bildirir ki, Obamanın dediyinə görə, binada internet keyfiyyətsizdir və bu səbəbdən o, özünün varisinə bununla bağlı daha çox şans arzulayıb.

Telekanalın aparıcısı Barak və Mişelə “təzə prezidentə hansı məsləhəti verərdiniz?”, – sualını ünvanlayıb. Obama bu zaman internetdəki problemlərdən danışıb: “Bu texnika ilə bağlı probelmləri bizi əvəz edəcək şəxs gələnədək həll etməyə çalışdıq. Bu, köhnə binadır. Binada çoxlu “ölü zona” var ki,  oralarda Wi-Fi ümumiyyətlə tutmur”.

Mişel isə əlavə edib ki, qızları buna görə hərdən çox qəzəblənirdilər.

ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçirləcək.