XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

08 Fevral 2016 - 14:47

Tütünün alış qiyməti [color=red] ciddi şəkildə artırılır

tutun.jpg

İqtisadiyyat naziri Şahin Mustafayev və Kənd Təsərrüfatı naziri Heydər Əsədov tütün istehsalı və emalı müəssisələrinin nümayəndələri ilə görüşub. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayevin də iştirak etdiyi görüşdə tütün istehsalı və emalı müəssisələrinin nümayəndələri ilə tütünçülüyün inkişafı məsələləri müzakirə edilib.

Tütün istehsalı və emalı müəssisələrinin nümayəndələri toxumun idxaldan azad edilməsi, tütünçülük sahəsinə daha çox güzəştli kreditlərin ayrılması, tütün istehsalının subsidiyalaşdırılması barədə təkliflərini bildirib və bu təkliflər müzakirə olunub.

Görüşdə vurğulanıb ki, bu sahəyə marağın daha da artırılması məqsədilə stimullaşdırma tədbirləri həyata keçiriləcək, fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılacaqdır. Görülən işlər nəticəsində tütün əkini sahələri genişləndiriləcəkdir. Belə ki, 2016-cı ildə ötən illə müqayisədə 2 dəfədən çox – 3 min hektar sahədə tütün əkiləcək.

Bütün bunlar isə bu sahədə məşğulluq səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldəcək, tütünçülük sahəsində çalışanların sayı ötən illə müqayisədə 2 dəfə artmaqla 8 min nəfərə çatacaq.

Həyata keçirilən tədbirlər fermerlərdən yaş tütünün alış qiymətinin ciddi şəkildə artırılmasına imkan yaradacaq. Görüşdə tütün istehsalı və emalı müəssisələrinin nümayəndələri satınalma qiymətinin 2016-cı ildə əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artırılmaqla birinci növ yaş tütünün bir kiloqramını 25 qəpiyə (2015-ci ildə 1 kq üçün 16 qəpik), ikinci növü yaş tütünün bir kiloqramını 15 qəpiyə (2015-ci ildə 1 kq üçün 8 qəpik) qəbul ediləcəyini bildiriblər.

marja.az