«Rossiya 1» telekanalında Suriya ilə bağlı filmin anonsu bütün diqqətləri üzərinə çəkib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, filmdə rus əsgərlərin Suriyadakı döyüşlərdə iştirak etdiyi təsdiq olunur. Açıq şəkildə bildirilir ki, Suriya ərazisində Rusiyanın xüsusi təyinatlı dəstələri döyüşür.
"Rusiya aviasiyasının uğurlarını kimlərin öz canı bahasına təmin etdiyini öyrənməyin vaxtı gəlib çatıb» – deyə anonsda bildirilir.
Fevralın 10-da efirə gedəcək filmdən məlum olur ki, rusiyalı xüsusi təyinatlılar Çeçenistandakı xüsusi mərkəzdə təlim keçiblər.
Süjetlərin birində Çeçenistan prezidenti Ramzan Kadırov deyir ki, çeçen xüsusi təyinatlıları Suriyada itkilər verib. Amma kəşfiyyat üçün agent şəbəkəsi qura bilib.
Kreml filmin anonsunu – Rusiya xüsusi təyinatlılarının Suriyada döyüşməsini şərh etməkdən imtina edib.
Buna qədər Rusiya hökuməti dəfələrlə bəyan etmişdi ki, Rusiya hərbçiləri Suriyadakı quru əməliyyatlarında iştirak etmir.
Strateq.az