XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

08 Fevral 2016 - 20:47

Almaniyadan Merkelə sərt təpki:[color=red] “Ankaranın şantajına boyun əyməyin!”

Alman siyasilər kansler Angela Merkeli Türkiyə səfərinə görə sərt tənqid ediblər.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa Parlamentinin deputatları bu səfərin miqrant böhranına çözüm olmayacağını bildiriblər.

Avropa Parlamentinin deputatı Alexander Graf Lambsdorff Merkelin bu ziyarətinin səmərəsiz olacağını deyib:

"Bu yanlış siyasətdir. Bunun əvəzinə sərhədlərin qorunması və ortaq miqrant siyasətinin formalaşdırılması üzərində düşünmək lazımdır».

Solçu deputat Sahra Vagenknecht isə Merkeli Türkiyənin şantajına boyun əyməməyə çağırıb: 

«Bizimlə heç bir ortaq dəyəri paylaşmayan və problemin yaranmasında məsuliyyət daşıyan bir rejimiin (Türkiyənin-red) Almaniyanı şantaj etməsinə imkan verməməli və buna qarşı diqqətli olmalıyıq». 

Kürd probleminə də toxunan deputat Türkiyəni çözümün yox, problemin bir parçası adlandırıb. Onun fikrincə, Avropa Birliyi Ankaradansa BMT-nin qaçqınlarla iş üzrə komissarlığına maddi yardım ayırmalıdır.

Qeyd edək ki, Avropa Birliyi Ankaraya 3 milyard avro yardımın qarşılığında Avropaya miqrant axınını önləməyə çalışır. Lakin Türkiyə bunun üçün ən azı 5 milyard avroya ehtiyacının olduğunu bildirir. 

Ankara səfərində Merkeli böyük vədlərdən qaçmağa çağıran Yaşıllar Partiyasının sədri Katrin Göring-Eckardt da Merkeldən kürd məsələsini və mətbuat azadlığı sahəsində problemləri qaldırmağı tələb edib.