XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

09 Fevral 2016 - 07:42

“Əgər onunla yemək yesəniz, sadəcə, onu zəhərləyin” – [color=red]Vüqar Bayramovdan sensasion açıqlama

"Iqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) dünyanın aparıcı beyin mərkəzlərinin biri kimi son illər Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi seçiləndən sonra mərkəzimizin fəaliyyətinə bir sıra radikal qrupların “diqqətini” daha da artıb".

Strateq.az xəbər verir ki, bu açıqlamanı CESD-in rəhbəri, iqtisadçı Vüqar Bayramov verib.

O, Facebook səhifəsində yazıb ki, Rusiyanın radikal “Pleskov Slavik Qrupu” CESD-ni yəhudilərin yaratdığı mərkəz adlandıraraq, onun sədrini zəhərləməyə çağırmaqdan belə çəkinməyib:

"Son hesabatında Pleskov Qrupu yazır: “CESD-nin sədri Vaşinqton Universitetinin məzunu Amerika şinelindən çixmış Vüqar Bayramov səciyyəvi Xəzər yəhudisidir. Əgər onunla yemək yesəniz, sadəcə, onu zəhərləyin”. Daha sonra CESD haqqında məlumat verilir.

CESD olaraq bəyan edirik ki, regionun ən güclü beyin mərkəzi olmağımız heç bir başqa millətlər ilə bağlılığımız deyil, bizim tədqiqatlarımızın keyfiyyətinin nəticəsidir. Biz Azərbaycan təşkilatı olmağımızla qürur duyuruq və hər zaman ölkəmizin və regionun iqtisadi siyasətinə pozitiv təsir etməyə çalışırıq. Bizim fəaliyyətimizi antirus və ya hansısa digər xalqa qarşı olması anlamına gəlməməlidir.

Xoşdur ki, bizim Rusiyanın bir neçə beyin mərkəzi ilə sıx əməkdaşlıq münasibətlərimiz var. CESD Qərb ölkələri ilə yanaşı Yaponiya, Rusiya, Çin, Cənubi Koreya kimi ölkələr ilə ciddi əməkdaşlığa malikdir. CESD sədrini zəhrləmək isə düşünürük ki, yalnız radikalların ağlına gələ bilər".