XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

09 Fevral 2016 - 08:31

İmişildə kanalda boğulan ərəblərin ov icazəsi olmayıb – [color=red]Nazirlik

ereb ov.jpg

İmişlidəki  kanalda batan xarici ölkə vətəndaşlarına ov icazəsi verilməyib.

Bu barədə trend.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, 8 fevral 2016-ci il tarixində gecə saatlarında İmişli rayonunun Xəlifəli kəndinin çöl sahəsində qanunsuz ov edərkən kanala düşən xarici ölkə vətəndaşlarına ETSN tərəfindən ov icazəsi verilməyib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər, Səudiyyə Ərəbistanı və Qətər vətəndaşları və onları ölkəyə dəvət edənlər tərəfindən müvafiq ov icazəsinin alınması üçün ETSN-ə hər hansı müraciət olunmayıb. Ona görə də, onların ov icazəsi olmaması səbəbindən gecə saatlarında qanunsuz olaraq, ov sahəsinə çıxdıqları ehtimal olunur.

Xatırladaq ki, 8 fevral 2016-ci il tarixində gecə saatlarında xarici ölkə vətəndaşlarının İmişli rayonunun Xəlifəli kəndinin çöl sahəsində qanunsuz ov edərkən idarə etdikləri “Toyota Prado” markalı avtomobil su kanalına düşüb. Nəticədə 1 nəfər Səudiyyə Ərəbistanı və 1 nəfər Qətər vətəndaşı suda boğularaq ölüb, 1 nəfər Qətər vətəndaşı isə yaralanıb.

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.

İmişli rayon xəstəxanasının baş həkiminin müavini Fərahim Məlikov isə bu gün trend.az-a bildirib ki, İmişlidə yol qəzasına düşərək yaralanan Qətər vətəndaşı Əbail Əziz Sədəl Kabinin vəziyyəti kafi qiymətləndirilir. 26 yaşlı Qətər vətəndaşı yüngül xəsarətlər alıb, onun sol çiyni sıyrılıb, boynu əzilib. Xəstədə heç bir sınıq qeydə alınmayıb. O, bu gün xəstəxanadan çıxarılacaq.