XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

09 Fevral 2016 - 08:58

Messi böyrəyindən əməliyyat olunacaq: [color=red]Bu gün

 

messi emel.jpg

Argentina millisi və “Barselona” futbol klubunun forvardı Lionel Messi əməliyyat olacaq.

“Sport.es” idman saytı  xəbər verir ki, argentinalı ulduz yenidən böyrəyində ağrılar hiss edib. Dekabrda böyrəyində daş olduğu üçün klublararası dünya çempionatında “Quanqjou Everqrand”la görüşü buraxan 29 yaşlı futbolçu yenidən eyni problem yaşadığından, məşqdə iştirak edə bilməyib.

Messi bu gün əməliyyat olunacaq.

Sabah evə buraxılacaq beşqat “Qızıl top”un sahibi fevralın 11-dən məşqlərə başlayacaq. Hücumçu sabah oynanılacaq İspaniya kral kubokunun yarımfinal mərhələsində “Valensiya” ilə cavab qarşılaşmasını da kənardan izləməli olacaq.

Onun fevralın 14-də keçiriləcək “La Liqa”nın növbəti turunda “Selta” ilə oyunda meydana çıxacağı da sual altındadır.