XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

09 Fevral 2016 - 12:30

Dünyanın ən nəhəng bankı: [color=red]“Neftin qyiməti 20 dollardan aşağı düşə bilər”

qoldman.jpg

 “Neftin qyiməti 20 dollardan aşağı düşə bilər”.

Strateq.az bildirir ki, bu barədə “Goldman Sachs”ın xammal bazarları üzrə ekspertlərinin rəhbəri Ceff Karri Bloomberg Agentiliyinə bildirib.

Onun sözlərinə görə,  istehsalçıların sərəncamında olan ağzınadək dolu neft çənləri qiymətin ucuzlaşmasına səbəb ola bilər. Karri deyib ki, neftin qiymətinin 20 dollardan aşağı olmasına  təəccüblənməyəcək.

Bir müddət əvvəl Morgan Stanley şirkəti 2016-cı ilin ikinci yarısında neftin qiymətinin daha da aşağı düşəcəyini proqnozlaşdırmışdı.

Yanvarın ortalarında Böyük Britaniyanın  “Standard Chartered” bankı ən pessismist proqnozunu açıqlayıb. Bank ekspertləri hesabına görə, neftin qiyməti 10 dollara düşə bilər.

Qeyd edək ki, “Goldman Sachs” dünyanın ən nəhəng investisiya banklarından biridir. Bank müştərilərə investisiya bankinqi, qiymətli kağızlar ticarəti, maliyyə xidmətləri göstərir. 2013-cü ildən Dou-Cons sənaye indeksinə daxildir.

Bank 1869-cu ildə əsası qoyulub. Mənzil qərargahı Nyu-Yorkdadı. Bankın 2015-ci ilin oktyabrına olan bazar kapitalı 77 milyard 700 milyon dollar olub.