XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

09 Fevral 2016 - 13:24

Birləşmiş Ərəb Əmirliyində [color=red]Xoşbəxtlik Nazirliyi[/color] yaradılıb

mektum.jpg

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökuməti Xoşbəxtlik və Din Azadlığı üzrə nazirliklər təsis etməyi qərara alıb.

Hökumət strukturlarının yenidən təşkili haqqında məlumatı BƏƏ-nin Baş naziri və vitse-prezidenti, Dubay Əmiri Məhəmməd Əl-Məktum öz “Twitter” səhifəsində yazıb.

Qeyd edilir ki, xoşbəxtlik naziri bütün dövlət planlarını, proqramlarını və siyasətini sıx birləşdirməklə “cəmiyyəti daha xoşbəxt edəcək”, digər nazir isə din azadlığını “əmirliklər cəmiyyətinin əsas dəyəri kimi” aşılayacaq.

Baş nazir bildirir ki, BƏƏ-nin prezidenti Xəlifə ibn Zayed Əl-Nəhyan təklif edilən yeniliyin həyata keçirilməsinə artıq razılıq verib.