XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

10 Fevral 2016 - 07:38

Rusiya səfiri: [color=red]“Rusiya, Azərbaycan və İran “üçbucağın”ın yaradılması üzərində çalışırıq”

doroxin.jpg

“Hazırda Rusiya qazının Azərbaycana tədarükünün başlanılması imkanları müzakirə olunur”.

Bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin “Komsomolskaya Pravda” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiyanın aparıcı neft-qaz şirkətləri Azərbaycanın müvafiq şirkətləri ilə uğurla əməkdaşlıq edirlər:

“Məsələn, “Lukoyl” Xəzərdə ən iri  “Şahdəniz” qaz yatağının işlənməsi layihəsinin sərmayəçisidir. “Qazprom” Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR-la sıx əməkdaşlıq edir. Hazırda Rusiya qazının Azərbaycana tədarükünün başlanılması imkanı müzakirə olunur. SOCAR şirkəti ilə Rusiyanın “Rosneft” neft-qaz şirkəti Avropada qeydiyyatda olan  birgə şirkət yaradıblar. Azərbaycanda həmçinin ildə 1 mln ton neft hasil edən Rusiyanın “Russneft” neft  şirkəti də çalışır”. apa.az

Doroxin həmçinin iki ölkə arasında elektrik enerjisi sahəsində də sıx əməkdaşlığın qurulduğunu qeyd edib:

“Azərbaycan və Dağıstan arasında elektrik enerjisinin mübadiləsinə dair razılaşma tam icra olunur. Biz hazırda bu aspektdə Rusiya, Azərbaycan və İran arasında “üçbucağın” yaradılması üzərində çalışırıq. Bütün bunlar çoxlu sayda insanlar üçün yeni iş yerlərinin yaradılması deməkdir”.