XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 February 2016 - 11:42

Fransa hökuməti kadr islahatına qərar verdi -[color=red] Xarici İşlər naziri istefaya göndərildi

Fransanın Xarici İşlər naziri Loran Fabius istefa verib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə «Reuters» agentliyi məlumat verib.

Məlumata görə, nazir istefa qərarını Nazirlər Kabinetinin bugünkü iclasında elan edib. 

Prezident Fransua Ollandın Fabiusun namizədliyinin ölkənin Konstitusiya Şurasının sədrliyinə irəli sürəcəyi gözlənilir. Fabius şurada bu postu 2007-ci ildən bu yana tutan Jan-Lui Debreni əvəzləyəcək. 

«Reuters»in məlumatına görə, Fabiusun istefası hökumətin kadr dəyişikliyi istiqaəmindəki ilk addımıdır və həftə ərzində digər dəyişikliklər barədə də açıqlama veriləcək. 

Loran Fabius nazir postunu 2008-ci ildən tuturdu. O, həm də Fransa tarixinin ən gənc baş naziri olub.

Fabius 1984-cü ildə 37 yaşındaykən  Fransaya baş nazir təyin olunub.