XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

10 Fevral 2016 - 11:53

Dəhşətli müəmma: [color=red] Putin dövründə Rusiyanın 39 generalı “ölüb”!

 

Rusiyanın hərbi cinayətləri haqqında maraqlı məlumatlar yayılıb. Stalin dövrünün müəmmalı qətllərini xatırladan bu məlumatlar ukraynalı bir qrup könüllü tərəfindən toplanıb.

Adı çəkilməyən qrupun iddiasına görə, 1991-cı ildən indiyə qədər rus ordusunun 47 generalı şübhəli səbəblərlə dünyasını dəyişib.

Strateq.az xəbər verir ki, bu iddianı Türkiyənin “Şəfəq” qəzeti ortaya atıb.

İddiada bildirilir ki, Rusiyanın sabiq dövlət başçısı Boris Yeltsinin iqtidarda olduğu 1991-1999 illər arasında 9 general ölərkən, bu rəqəm Vladimir Putin dövründə birdən-birə 39-a yüksəlib.

Şübhəli şəkildə ölən bu generalların önəmli qismi Rusiyanın Suriyada hərbi əməliyyatlara başladığı son iki ildə dünyasını dəyişib. Onlardan 2-i şiddətli baş ağrısı, 1-i xərçəng, 1-i depressiya kimi səbəblərdən “intihar edib”. Ancaq generalların nə üçün intihar etməsiylə əlaqədar dəqiq məlumat verilmir.

Rus ordusunda yüksək vəzifə tutan general Buçnev 3 yanvar 2015, general “Mişa” 21 iyun 2014, general Gudkov 8 iyun 2014, SSRİ silah qüvvələrinin ehtiyata buraxılan general Saplin 18 mart 2014-cü il tarixində canına qıyıb. Dəniz Qüvvələrindən admiral Apanasenko 7 fevral 2014 tarixində, Rusiya Dəniz Qüvvələri Şimali flotunun sabiq komandir müavini admiral Ustimenko isə özlərini onlara hədiyyəlik tapançalarla vurublar.

Polis generalı Kolesnikov 16 iyun 2014-cü ildə sorğulanmaq üçün aparıldığı istintaq binasının 6-cı qatından atlayaraq intihar edib. Hava qüvvələri general Kudryavtsevin isə 6 yanvar 2015-ci ildə xərçəngdən qaynaqlanan dözülməz ağrılar üzündən özünü ayaqqabı bağıyla asdığı ​​açıqlanıb…

Putin 2015-ci ilin Qələbə bayramından bir gün əvvəl yüksək səviyyəli hərbi rəhbərlikdən 20 adamı bir gündə ölkədən qovur. Suriya müdaxiləsindən 5 ay əvvəl baş verən bu hadisə "Putin Suriyanı işğal etməyə hazırlaşır" ehtimalını gündəmə gətirir və generallarla bağlı ortaya çıxan məlumatlar həmin ehtimalı gücləndirir.

Ordunun Baş Qərargahının sədr müavini general-leytenant Sergun, rəsmi açıqlamalara görə, 3 yanvar 2016-ci ildə ürək böhranı nəticəsində anidən vəfat edir.

MKİ-ya bağlı olan "Stratfor" analitik mərkəzi isə Krım ilhaqını idarə edənlərdən olan Sergunun 1 yanvar 2016-da Livanda öldüyünü bildirir.

Daha öncə həyatla vidalaşan generalların ölüm səbəbləri də xeyli müəmmalıdır.

Rus hərbi kəşfiyyatının iki nömrəli adamı general İvanovun cəsədi 16 avqust 2010-cu ildə Türkiyənin Hatay sahillərində tapılır. Onun meyitinin dalğalar tərəfindən sahilə atıldığı müəyyənləşdirilir. O da məlum olur ki, general İvanov sonuncu dəfə Suriyanın Tartus Limanında qurulan rus dəniz hərbi bazasının inşasını təftiş edərkən görülmüşdü. İvanov ölkə xaricində yaşayan çeçenlərin cinayətlərini koordinə edən general kimi tanınırdı.

Putin dövründə həyatını itirən generallardan bəziləri də maraqlı cinayətlərə qurban gedib. General-mayor Şevelov 2002-ci ildə avtomobildə yandırılaraq, general-leytenant Trofimov 2005-ci ildə silahla vurularaq, Troşev 2005-ci ildə təyyarə qəzasıyla, Petrov 2009-cu ildə zəhərlənərək, Dubrov 2010-cu ildə elektrik qatarının altına "düşərək" ölüb. General Qraçov isə 2012-ci ildə zəhərlənmə diaqnozuyla həyatını itirib…