XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 February 2016 - 12:33

Cəmiyyətin ehtiyac duyduğu müşavirələrdən: [color=red]Heydər Əliyev generalı bu günə saldı – [color=red]VİDEO

Heyder-Eliyev-mushavire.jpg

Məlum olduğu kimi, mərhum prezident Heydər Əliyev, keçirdiyi müşavirələrdə hər zaman fəaliyyətində ciddi nöqsanlara yol vermiş məmurları ayağa qaldırıb kəskin şəkildə danlayar, tənbeh edər və bu hal da hər kəsə özünü yığışdırması üçün yaxşıca bir dərs olardı.

Etiraf edək ki, hazırda ölkədə məmur özbaşınalığı, əksər vəzifəli şəxslərin özlərinin və övladlarının, qohum-əqrabalarının harın həyat tərzi ifrat həddə çatdığından, Azərbaycan cəmiyyəti Heydər Əliyevin belə müşavirələri üçün sadəcə, çox, lap çox darıxıb… 

Strateq.az oxucu marağını nəzərə alaraq, belə müşavirələrdən birini – mərhum prezident Heydər Əliyevin aeroportdakı vəziyyətlə bağlı ovaxtkı Sərhəd Qoşunlarının komandanı, general-mayor Abbasəli Novruzovu necə danlaması səhnəsini təqdim edir. 

Həmin müşavirədən təqdim edəcəyimiz epizoddan aydınca görünür ki, Sərhəd Qoşunlarının əsgərləri AZAL-ın rəhbəri Cahangir Əsgərovun təyyarə vasitəsi ilə valyuta mübadiləsi həyata keçirməsinə mane olub, o və daha bir neçə nəfər də sərhədçilərdən şikayətçi düşüb… 

Videodan onu da görəcəksiniz ki, Baş nazir Artur Rasi-zadə və indiki prezidentin köməkçisi olan Əli Əsədov nöqsanlarını boynuna almaq istəməyən generalın üzünə necə dururlar…

Strateq.az sosial şəbəkələrdə yayılan həmin müşavirənin videosundan bir parçanı təqdim edir: