XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

10 Fevral 2016 - 15:32

İran Səudiyyə Ərəbistanı ilə [color=red] “neft danışıqları”na hazırdır

iran neft.jpg

İran qlobal neft bazarının üzləşdiyi cari vəziyyətlə bağlı Səudiyyə Ərəbistanı ilə görüşə hazırdır.

AZƏRTAC “Press TV”yə istinadla xəbər verir ki, bu sözləri İranın neft naziri Bijən Namdar Zəngənə deyib: “İran Səudiyyə Ərəbistanı da daxil olmaqla Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin birgə əməkdaşlığına dəstək verəcək”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı özünün neft hasilatı ilə OPEC-in 31,2 faizini, İran isə 8,21 faizini təmin edir.

Xatırladaq ki, iki ölkə arasında münasibətlər yanvarda Səudiyyə Ərəbistanında terrorçuluqda ittiham olunan bir qrup şəxsin, o cümlədən şiə lideri Nimr ən-Nimrin edamından sonra kəskinləşmişdi. Bundan sonra isə İran Səudiyyə Ərəbistanından idxal edilən bütün malların qadağan olunduğunu açıqlamışdı.