XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

11 Fevral 2016 - 07:47

İran Azərbaycanda dərman zavodu tikəcək:[color=red] İnvestisiya şirkəti hazırdır

derman iran.jpg

İran və Azərbaycan Respublikası dərman istehsalı sahəsində əməkdaşlıq edirlər.

Strateq.az İRNA-ya istinadən bildirir ki, İranın Sosial Təminat Təşkilatının sərəncamçı müdir əvəzi Rza Rainin Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev ilə görüşündə iki ölkənin dərman istehsalı sahəsində həmkarlığl vurğulanıb.

Rai bu görüşdə Azərbaycan Respublikasında dərman istehsalı və ixracatı üçün İranın Sosial Təminat Təşkilatının İnvestisiya Şirkətinin hazır olmasından xəbər verib.

İranın Sosial Təminat Təşkilatının sərəncamçı müdir əvəzi bildirib ki, İran  ölkəsinin dərman ehtiyaclarının təqribən 95%-ni təmin edir: Azərbaycan Respublikası hökumətinin dərmanın təmini və onun istehsalının yerliləşdirilməsi siyasətinə əsasən, iki ölkənin əczaçılıq şirkətləri arasında əməkdaşlıq bu sahədə əlaqələrin güclənməsinə səbəb ola bilər.

Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan Respublikası ümid edir ki, iki ölkə ekspertlərinin müzakirələri tez bir zamanda müqavilənin bağlanması və iri iqtisadi əməkdaşlığın başlanması ilə nəticələnəcək.