XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

11 Fevral 2016 - 08:40

Postsovet oliqarxlarının Londondakı milyonluq mülkləri; [color=red]Gülləkeçirməz şüşələr, gizli qaçış qapısı… (VİDEO)

Rusiyanın tanınmış ictimai xadimi Roman Borisoviç bir qrup jurnalistə Londonda ekuskursiya təşkil edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, jurnalistlərə Rusiya və Ukraynadan olan oliqarxların Londondakı bahalı mülkləri nümayiş etdirilib, onlara korrupsiya və "çirkli pulların" yuyulması məqsədilə alınan bu mülklərin qiymətləri barədə məlumat verilib.

Dmitri Firtaş

Borisoviç bildirib ki, bu yolla postsovet məkanının korrupsiyalaşmış iş adamlarını «gün işığına çıxarmaq» istəyirlər. 

Avtobus turu zamanı ilk dayanacaq ukraynalı oliqarx Dmitri Firtaşa məxsus Londondakı nəhəng kompleksin yerləşdiyi ərazi olub. 

Rinat Axmetov

Məlum olub ki, Londonda ən bahalı mülk ukraynalı oliqarx Rinat Axmetova məxsusdur – 136 milyon funt-sterlinq. Gülləkeçirməz şüşələri olan bu nəhəng komleksin ekstremal vəziyyətlər üçün nəzərdə tutulan gizli qaçış qapısı da var. 

Renat Axmetovun evi dünyanın ən bahalı 6-cı evi hesab olunur. Məsələn, amerikalı milyarder Bill Geyts həmin siyahıda 10-cu sıranı tutur.

 İqor Şuvalov

Rusiya Baş nazirinin müavini İqor Şuvalovun Londondakı mülkünün dəyəri onun illik maaşından 100 dəfə çoxdur. Bununla belə, o, bu mülkü qanuni yollarla əldə etdiyi qazanc hesabına aldığını iddia edir.

Daha bir bahalı mülk rusiyalı maqnat Loeq Deripaskeyə məxsusdur. Onun dəyərinin bir neçə milyon funt-sterlinq olduğu bildirilir. 

Roman Rotenberq

Tur zamanı baxış keçirilən ən kiçik mülk Rusiya prezidenti Vladimir Putinin yaxın dostunun oğlu Roman Rotenberqə məxsus olub. Mülkün qiyməti 3 milyon funt-sterlinqdir. 

"Londonqrad"  kitabının müəllifi Mark Hollinqsvort deyir ki, rus və ukraynalı oliqarxlar Londonda bahalı mülklər almaqla pullarını ölkələrindən çıxarmış olurlar. London isə kapitalı qorumaq üçün ən təhlükəsiz yerlərdən hesab olunur.