XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

11 Fevral 2016 - 18:48

Avropa yeni mədəniyyətlə tanış olur: [color=red] Körpə analı ailələr

Avropaya sığınan Yaxın Şərq qaçqınlarının yeni problemləri ortaya çıxıb. Bu, azyaşlı xanımlardır.

Strateq.az xəbər verir ki, Avropaya yaşlı kişilər tərəfindən gətirilən kiçik yaşlı xanımlar bir sıra ölkələri, o cümlədən, Danimarka rəhbərliyini xeyli təəccübləndirib. İndi avropalılar 18 yaşını tamamlamamış bu xanımları ərlərindən ayırıb uşaq evlərinə yerləşdirmək, evin kişilərini isə ölkədən qovmaq barəsində düşünürlər.

Danimarkanın Qaçqın məsələləri üzrə naziri İnger Stojberg vəziyyətin qəbuledilməz olduğunu bildirib, məsələni ölkənin İmmiqrasiya Xidməti ilə birgə müzakirə edəcəklərini və konkret addım atacaqlarını söyləyib.

Məlumata görə, Danimarkadakı sığınma mərkəzlərində bu günə qədər 8 uşağın hamilə olduğu təsbit olunub. Amma hamilə uşaqların daha çox olduğu və ailələrin dağılmaması üçün bunun gizlədildiyi güman edilir.

Ölkədəki Aarhus Məscidinin axundu Üsamə əl-Saadi isə hökumətə qanunları yumşaltmağı və immiqrant ailələrə hörmət göstərilməsinin lazım olduğunu məsləhət görür. Danimarka qəzeti “Metroxpress”ə açıqlama verən imam deyib: "Bu vəziyyətlərə fərqli aspektlərdən baxmaq lazımdır. Onlar evlidirlər, kişi qızdan iki dəfə böyük olsa belə, ailə qurublar. Bunu qəbul etməliyik, fərqli bir mədəniyyətlə üzləşirik, ailəni dağıtmamalıyıq”.

Azyaşlı qızların ərə verilməsini qaçqın düşərgələrində yaşanan şiddət hadisələriylə əlaqələndirən axunda görə, "qızınız yaşlı biriylə evlənsə, ailənizin təhlükəsizliyi daha etibarlı olar". Öz qızını 18 yaşını tamamlamadan ərə verməyəcəyini də etiraf edən əl-Saadi qaçqın böhranı zamanı qız uşaqlarının evləndirilməsinin qoruyucu rolu olduğunu düşünür.

Danimarkada təsbit edilən ən kiçik evli qız uşağı 14 yaşındadır.

Norveç isə 10 yaşında bir qız uşağının ölkəyə evli olaraq ölkələrinə sığındığını bildirib.