XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

11 Fevral 2016 - 19:17

ABŞ çarəsiz: [color=red] “Neyləyək, Rusiyayla savaşaqmı?”

 

Amerikanın “New York Times” qəzeti Obama administrasiyasının Rusiya qarşısında xeyli çarəsiz vəziyyətdə qaldığını təsdiq edən bir xəbərlə okeanın o tayına bağlanan bir çox ümidləri puç edib.

Strateq.az xəbər verir ki, məlumat Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinə istinadən yayılıb.

Məlumata görə, ötən həftə Londonda Şahzadə Karles tərəfindən təşkil edilən bir toplantıda ABŞ-ın dövlət katibi Con Kerri suriyalı müxaliflərin qınaqlarını ölkəsinin qüdrətinə yaraşmayacaq çarəsizlik dolu öfkəylə cavablandırıb.

Müxaliflər bir gündə Hələbə 230 misket bombası atıldığını deyincə, Kerri onların sözünü kəsərək səhvlərini düzəldib: “230 yox, 180”.

Ardından isə tərəf-müqabillərini heyrətə salan fikirlərini səsləndirib: "Daha da dəhşətli olacaq. Bu, üç ay boyunca davam edəcək, müxalifəti böyük ölçüdə yox edəcək. Nə etməyimi istəyirsiniz, Rusiya ilə döyüşəmi girməliyik?”