Türkiyədə 1300-ə yaxın otel satışa çıxarılıb. Ankara ilə Moskva arasında yaranan gərginlikdən sonra ölkəyə gələn rus turistlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Ard-arda baş verən terror olayları da turistlərin Türkiyəyə axınının qarşısını alıb.
Strateq.az xarici mətbuata istinadən satışa çıxarılan bəzi otellərlə bağlı məlumatları təqdim edir.
"Balin Hotel İstanbul"
İstanbuladkı bu otel 5,6 milyon avroya satılır. Otel "Sultanəhməd" meydanında yerləşir, 30 lüks nömrəsi var.
"Le Jardin Resort Hotel"
Kəmər istirahət zonasında yerləşən bu 5 ulduzlu otel 41 milyon avroya satılır.
"Le Jardin Resort Hotel"
308 otaqlı bu oteldə sauna, türk hamamı, tennis zalları, hovuzlar, 6 restoran və oyun meydançası var. Otelin ən azi 85 faizi turistlərlə dolu olur.
"Royal Palm Resort"
Kəmərdə yerləşən bu 5 ulduzlu otel 45,6 milyon avroya satılır.
"Pera Tulip City Hotel Istanbul"
"Bosfor" boğazına baxan İstanbuldakı bu 5 ulduzlu otel 20,4 milyon avroya satılır.
"Pine House Hotel"
Kəmərdə yerləşən 4 ulduzlu bu otelin qiyməti 7,1 milyon avrodur.
"And Hotel"
İstanbulun mərkəzində yerləşir, 12,8 mlyon avroya satılır.
"Mediterra Art Hotel"
Antaliyada yerləşir, 3,8 milyon avroya satılır.
"Side Bella Luna"
Antaliyada 5 ulduzlu oteldir, 38 milyon avroya satılır.