XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Fevral 2016 - 05:12

Suriya ilə bağlı mühüm razılaşma: [color=red]Əsəd müxaliflərlə 1 həftəlik atəşkəs imzaladı

Dünən axşam saatlarında Münhen konfransında Əsəd qüvvələri ilə müxalif döyüşçülər arasında Suriyada aktiv müharibənin dayandırılması haqda razılaşma əldə olunub.

Strateq.az xəbər verir ki, ABŞ, Rusiya, Türkiyə, Ərəb liqası ölkələrinin də təmsil olunduğu 17 ölkənin xarici işlər nazirlərinin iştirakı ilə baş tutan görüşdə tərəflər bu gündən 1 həfətlik atəşkəs müqaviləsi bağlayıblar.

"Müvəqqəti atəşkəs" adlanan müqaviləyə görə, tərəflər aktiv əməliyyatları bir həftə donduracaqlar. Bundan sonra dağıntılar olan şəhərlərə humanitar yardımlar göndəriləcək.

Bununla bağlı ABŞ-ı danışıqlarda təmsil edən Kerri görüşdən və razılaşmadan sonra açıqlama verib.

O, müvəqqəti atəşkəsin gələcək danışıqlarda böyük rol oynayacağını da bildirib.

Strateq.az