XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

12 Fevral 2016 - 06:32

ABŞ müdafiə naziri: [color=red] “Rusiya strateji səhvə yol verir”

karter.jpg

“Rusiya strateji səhvə yol verir. O, İŞİD-lə mübarizə edəcəyini söyləməsinə baxmayaraq, əsasən ona aid olmayan hədəfləri vurur. Əsəd rejiminə dəstək verərək və daxili savaşı qızışdıraraq bitirmək üçün girdiyi Suriyadakı vətəndaş müharibəsinin tərkib hissəsinə çevrilir”.

Strateq.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Eşton Karter dünən keçirdiyi mətbuat konfransında deyib.

Nazirin fikrincə, Rusiyanın bu strateji xətasının ağır nəticələrindən Suriyanın mülki vətəndaşları əziyyət çəkməli olur və bu səhvi ABŞ düzəldəcək:

“Biz öz fəaliyyətimizlə İŞİD-i hərbi olaraq məğlub etməkdə qərarlıyıq və bunu da edəcəyik. Rusiya bu məsələdə kömək etmir, amma biz yenə də öz məqsədimizə çatacağıq”.

Qeyd edək ki, bu sözlərin dilə gətirildiyi mətbuat konfransından əvvəl NATO-nun toplantısı keçirilib, 28 ittifaq üzvünün iştirakı ilə İŞİD-ə qarşı yaradılan koalisiyanın nümayəndələri və 49 ölkənin müdafiə nazirləri ittifaqın qərargahında bir araya gəliblər. Toplantının ardından jurnalistlərə verdiyi açıqlamada Karter İŞİD-i maliyyələşdirən qaynaqları hədəfə almaq və Mosula İraq güclərini sövq etmək barədə qərar qəbul etdiklərini söyləyib.

ABŞ Müdafiə naziri Səudiyyə Ərəbistanının Suriyaya əsgər göndərmə təklifinə də münasibət bildirib. O, deyib ki, Səudiyyə Ərəbistanının məqsədi yerli qüvvələrə hərbi təlimlər keçməkdir.

Karterin sualları cavablandırarkən toxunduğu məsələlərdən biri də ABŞ-Türkiyə müttəfiqliyi olub. Nazir Türkiyəni ABŞ-ın yaxın müttəfiqi kimi təqdim edərək deyib: "Türkiyəylə hər məsələdə olmasa belə, terrorizmin hər növünü lənətləməkdə həmfikirik və hər zaman da elə olduq".

Elədirsə, bəs, onda Türkiyənin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan niyə ABŞ-ı PKK-nın Suriya uzantısı olan PYD ilə birgə hərəkət etməkdə günahlandırır, üzünü “yaxın müttəfiqi”nə tutaraq “Ey Amerika, sən kiminlə bir yerdəsən- bizimlə, yoxsa terror təşkilatıylamı”-sualını verir?

ABŞ müdafiə naziri beyinləri qurcalayan bu suala da aydınlıq gətirib:

"Biz İŞİD-i məğlub etmək üçün Suriyaya aid yerli qüvvələrlə çalışırıq və bunu davam etdirəcəyik. Eyni zamanda Türkiyə ilə də yaxın münasibətlərimizi bir şəkildə sürdürəcəyik".

Başqa sözlə,  "nə əldən qoyacağıq, nə yardan doyacağıq".

Heydər

Strateq.az