XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

12 Fevral 2016 - 07:51

Rayonlarda ən çox vətəndaşı nazir Ramil Usubov qəbul edib: [color=red] Ən az isə TQDK – RƏQƏMLƏR

ramil gor.jpg

2015-ci ildə respublikanın müxtəlif regionlarında təşkil olunan qəbullarda mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən 67 şəhər və rayondan 11336 vətəndaş qəbul olunaraq onların təqdim etdikləri 11152 müraciətə baxılıb.

Strateq.az bildirir ki, bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Azərbaycan Prezidenti vətəndaşların müraciətlərinə daimi diqqət və qayğını prioritet məsələ hesab edir” başlıqlı hesabat xarakterli məqaləsində qeyd olunub.

Qəbullarda iştirak etmiş 11336 vətəndaş daxili işlər (4868 nəfər), təhsil (623), əmək və əhalinin sosial müdafiəsi (512), ekologiya və təbii sərvətlər (491), ədliyyə (465), iqtisadiyyat (342), kənd təsərrüfatı (298), mədəniyyət və turizm (284), səhiyyə (280), fövqəladə hallar (263), vergilər (252), gənclər və idman (187), nəqliyyat (164), rabitə və yüksək texnologiyalar (117) nazirləri, Əmlak Məsələləri (452), Dini Qurumlarla İş (230), Gömrük (112), Ailə, Qadın və Uşaq Problemləri üzrə (100) dövlət komitələrinin sədrləri, Baş prokuror (327), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (361), Dövlət Sərhəd Xidmətinin (217) rəisləri, Dövlət Sosial Müdafiə Fondunun (326), Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (65) sədrləri tərəfindən qəbul edilib. Qəbullarda qaldırılan məsələlərin 84,6 faizi qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olub.

Vətəndaşlar qəbullar zamanı həmin mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarında həll edə bilmədikləri bir çox məsələlərin həllinə nail olublar. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin 57,9 faizi ilə bağlı onlara izahat və tövsiyələr verilib, 26,6 faizi müsbət həll edilib, qalanları icrada saxlanılıb və ya aidiyyəti üzrə müvafiq qurumlara göndərilib, bir qismi isə əsassız sayılıb.