XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

12 Fevral 2016 - 08:16

Bakıdan “Qarabağ” demarşı: [color=red]“Minsk Qrupunu yaratmış 11 dövlətin birgə konfransı keçirilsin”

 

 

atet sammit.jpg

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupu fəaliyyətini aktivləşdirməlidir”.

APA-nın ATƏT-in saytına istinadən verdiyi xəbərə görə, bu barədə Vyanada  ATƏT-in Daimi Şurasının iclasında Azərbaycan XİN rəhbərinin müavini Araz Əzimov bildirib. Araz Əzimov Azərbaycanın Minsk prosesinə sadiqliyini bəyan edib və münaqişənin həllində formatdan tam istifadəni təmin etmək üçün Minsk qrupunun bütün üzvlərinin görüşünün keçirilməsinə çağırıb: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının yubanması və hazırkı status-kvo regional təhlükəsizliyə mənfi təsir edir, regional layihələrin reallaşdırılmasına mane olur”.    

 XİN rəhbərinin müavini  Azərbaycanın terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və radikalizm kimi beynəlxalq təhdidlərlə mübarizədə beynəlxalq normalara sadiq qaldığını olduğunu qeyd edib.

 “Həmçinin iqtisadi islahatların aparılması və sərmayə qoyuluşu üçün əlverişli şəraitin yaradılması Azərbaycan üçün prioritet istiqamətlərdən biridir” – deyə Əzimov vurğulayıb.

Korrupsiya ilə mübarizə sahəsində Azərbaycanın elektron dövlət xidmətləri vasitəsilə əldə etdiyi nailiyyətlərdən söz açan nazir müavini ölkənin bu təcrübəni ATƏT-in digər üzv dövlətləri ilə bölüşməyə hazır olduğunu qeyd edib. O, Azərbaycanın Almaniyanın ATƏT məkanında iqtisadi mübadilənin yaxşılaşdırılması üçün stimulların yaradılması istiqamətində səylərini dəstəklədiyini bildirib. 

 “2016-cı il 25-27 aprel tarixlərində Azərbaycanda BMT-nin Sivilizasiyalar Alyansının  yeddinci Qlobal Forumu keçiriləcək. Bu ölkənin mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına növbəti töhfəsi olacaq. Multikulturalizmin təşviqi – Azərbaycanın dövlət siyasətidir” – deyə A. Əzimov qeyd edib.