XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

12 Fevral 2016 - 10:28

Suriyalı müxaliflərdən “SOS” harayı: [color=red] “Martın 1-ə qədər yox ola bilərik!”

Suriyada vətəndaş müharibəsinə son vermək və siyasi həll yolu tapmaq məqsədiylə yaradılan "Beynəlxalq Dəstək Qrupu" Almaniyanın Münxen şəhərində toplanıb. Toplantıda Türkiyə, ABŞ, Rusiya, Çin, İngiltərə, Almaniya, Fransa, İtaliya, Səudiyyə Ərəbistanı, İraq, İran, İordaniya, Qətər, Livan, Oman, Birləşmiş Ərəb Əmirlikləri və Misirin xarici işlər nazirləri iştirak edirlər.

Strateq.az xəbər verir ki, yığıncaq çox qızğın müzakirə şəraitində keçirilir.

Rusiya guya hümanizm nümayiş etdirib, tərəflərə martın 1-ndə başlayacaq atəşkəs təklif edir. Bu təklifi isə Suriyanın Əsəd rejiminə qarşı döyüşən “mülayim müxalifləri” qəbul etmək istəmirlər. Onlar atəşkəsin bir an öncə başlanmasının tərəfdarıdırlar. Əks halda, Suriyada müxalifət adında heç nə qalmayacağını səsləndirirlər.

Toplantıda müxalifəti təmsilən çıxış edən Müzakirə Ali Komitəsinin üzvü Hind Qəbavət Anadolu Agentliyinə açıqlamasında deyib:

Suriya xalqı ümidini bizə bağlayıb. Cenevrədə masada oturmağımız, Rusiya və İranı yokluğumuzla sevindirməyimiz lazımdır. Ancaq konkret bir addım atılmadan da müzakirə masasına oturamayacağıq”.

Qəbavət ABŞ-ın onları aldatdığına da eyham vuraraq deyib:

"Verilən xeyli sözlər var. Xüsusilə də, humanitar yardımların çatdırılmasıyla əlaqədar. ABŞ bizə daha əvvəl də söz vermişdi, bu gün də söz verir, amma bütün bu sözlərin tutulub tutulmayacağını bilmirik. Bildiyimiz budur ki, nə olur, olsun, ABŞ-dan humanitar yardım gəlməlidir".

Müxaliflərin sözçüsü Suriya xalqına gerçək dəstək verən yeganə qüvvənin Türkiyə olduğunu bildirib:

“Türkiyə xalqına bunu söyləmək istəyirəm, bizim üçün nə etdiklərinizi heç bir zaman unutmayacağıq. Türkiyə bizim üçün çox qiymətli bir ölkədir- həm qardaşımızdır, həm ailəmiz. Türkiyə, türk xalqı olmasaydı, çoxdan ölmüş, yox olub getmişdik".

Qeyd edək ki, son Cenevrə görüşmələrində Suriyanı təmsil edən müxaliflərə Bəşər Əsəd rejiminə ciddi güzəştə getmək tələb olunmuşdu. Bu güzəştdən sonra ölkədə yeni hakimiyyətə keçid mərhələsi  başlayacaq və altı ay ərzində növbəti hökumət qurulacaqdı.

Detalları açıqlanmayan səbəblər üzündən müxaliflər, bütün israrlara rəğmən, bu şərtləri qəbul etməmiş, nəticədə BMT-nin nümayəndəsi müzakirələrin bitdiyini bildirmişdi. Bundan sonra isə Rusiyanın Suriya müxaliflərinə qarşı hava hücumları dözülməz hal almışdır.

Müxaliflər bir zamanlar onlara xeyli vədlər verən, indisə heç bir sözünü yerinə yetirməyən ABŞ rəhbərliyinə aldadıldıqlarını bağışlamır, iştirak etdikləri bütün beynəlxalq toplantılarda ona sərt reaksiya verirlər.

Bir müddət əvvəl Böyük Britaniya şahzadəsi Karlesin verdiyi ziyafətdə yaşanan hadisə bunun ən bariz örnəklərindəndir.

Amerikanın “New York Times” qəzetinin xəbərinə görə, toplantıda Con Kerrinin ona ölkələrindəki vəziyyət barədə şikayətlənən suriyalı müxaliflərə cavabı xeyli düşündürücü olmuşdu:

"Vəziyyət daha dəhşətli olacaq. Rusiya Suriya müxalifətini böyük ölçüdə yox edəcək. Nə etməyimi istəyirsiniz, Rusiya ilə döyüşəmi girməliyik?”

Yəni loru dildə desək, suriyalı müxalif öz ümid yerindən “bizi bir daha narahat etməyin!” cavabını almışdır.

Heydər