XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

12 Fevral 2016 - 15:54

Ermənilər də Rusiyadan üz döndərir: [color=red] Moskva 5 milyard dolları da belə itirdi

Ermənistan Nazirlər Kabinetinin iclasında Rusiya ilə birgə inşası planlaşdırılan yeni atom elektrik stansiyasının layihəsi ləğv edilib.

Strateq.az bildirir ki, xəbəri “RIA Novosti” agentliyi yayıb.  

Xəbərə görə, Ermənistan Enerji və Təbii Sərvətlər naziri Yervand Zaharyan bunun səbəbini "daha çox müzakirəyə duyulan ehtiyac"la əsaslandırıb.

Tikintisinə 2018-ci ildə başlanacaq və 2026-ci ildə tamamlanacaq, İrəvan üçün 5 milyard dollara başa gələcək layihəyə bir müddət əvvələ qədər investisiya axtaran Ermənistanın indi birdən-birə bu təşəbbüsdən vaz keçməsi təəccüb doğurur. Görünür, ermənilərin Qərbdəki pul kisələri Rusiyadan gələcək işığı qaranlıqdakı it hürüşündən daha təhlükəli hesab ediblər.

Əslində aktiv seysmik zonada yerləşən Ermənistanda atom elektrik stansiyası tikmək olduqca risklidir. Necə ki, 1989-ci ildə tamamlanaraq, xidmətə başlayan  və 25 min adamın həyatını itirdiyi Spitak zəlzələsindən sonra dayandırılan ASE-nin 1995-ci ilin noyabrında yenidən fəaliyyətə başlaması bütün Qərb ölkələrini əndişələndirmişdi. Ermənistan isə bu addımı ölkədə yaşanan enerji böhranıyla əsaslandırmış və bir stansiya ilə də kifayətlənmək istəməmişdi. Rəsmi İrəvan 2014-cü ilin mart ayında yeni nüvə reaktorunun inşasındakı gecikmələrə görə köhnə stansiyanın ikinci modulunun işə salınmasına icazə vermişdi.

İndisə ermənilər, "ümumiyyətlə, yeni reaktora ehtiyac varmı?" – sualı ərtafında düşünməli olacaqlar. Yeni reaktordan imtinanın Rusiya ilə Qərb arasında yaşanan gərginliklərlə eyni zamana düşməsi erməni ağlının öz iradəsilə işləmədiyi ehtimalına yol açır.

Olmaya, xislətindən xəyanət yağan qonşumuz öz himayədarından üz döndərir?

Heydər Oğuz

Strateq.az