XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

12 Fevral 2016 - 19:25

Türkiyə turizmini böhrandan [color=red]dünya ulduzları çıxaracaq

Turist axınının azalmasından təşvişə düşən Türkiyə hökuməti bu sektoru yenidən canlandırmaq üçün əcnəbi sənətçilərin dəstəyinə ehtiyac duyur.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, dünya ulduzlarından Madonna, Castin Biber və Cennifer Lopes Antaliyanın reklam rolikinə çəkilmək üçün Türkiyəyə dəvət olunub. 

Onların Türkiyəyə bu ilin aprelində keçiriləcək «Ekspo-2016» sərgisi çərçivəsində gələcəyi bildirilir. Sərgi kurort şəhəri Antaliyada təşkil olunacaq. 

Hökumət «Ekspo-2016»nın turizmin inkişafında katalizatora çevriləcəyinə ümid edir. Rəsmilər növbəti addım kimi Çin və Hindistandan da turist cəlb etməyi hədəfləyiblər. 

Moskva ilə Ankara arasında yaranan gərginlikdən sonra Türkiyəyə gələn rus turistlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Məsələn, ötən ilin yanvar ayında Antaliyada 13 minə yaxın rus turist olmuşdusa, bu ilin yanvarında onların sayı 2500-ə düşüb. 

Üstəlik Türkiyədə ard-arda baş verən terror aktlarına görə turistlər bu öləkəyə gəlməkdən çəkinirlər.

Son məlumatlara görə, böhran başlayandan Türkiyədə 1300 otel satışa çıxarılıb.