XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

12 Fevral 2016 - 20:03

İrandan sensasion qərar: [color=red]«Səudiyyə ilə əməkdaşlığa hazırıq»

Münhendə keçirilən Təhlükəsizlik Konfransında İrandan gözlənilməz açıqlama gəlib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Səudiyyə ilə münasibətləri normallaşdırmağa hazır olduqlarını bildirib:

«İran Səudiyyə Ərəbistanı ilə Yaxın Şərq və Suriyanın təhlükəsizliyi məsələsini müzakirə etməyə hazırdır. Tehran və Ər-Riyad bir-birlərini regiondan ayrı tuta bilməz. Hər iki ölkənin Suriyada ortaq maraqları ola bilər. İran da, Səudiyyə də İŞİD təhlükəsi ilə üz-üzədir. Tehran Ər-Riyadla münasibətləri qorumaqda maraqlıdır». 

Xatırladaq ki, iki ölkə arasında onsuz da yaxşı olmayan münasibətlər şiə din xadimi Nimr əl-Nimrin bu ilin yanvar ayında Səudiyyə Krallığında edamından sonra daha da pisləşmişdi.