XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 February 2016 - 12:29

Tehran və Bakı: haqq-hesabın başlanğıcı; [color=red] Moskva isə Araza can atır – Təhlil

Azərbaycan prezidenti İlham Əliyev fevraln sonunda Tehrana səfər edəcək. Bu haqda İranın Bakıdakı səfiri Möhsün Pakyin bildirib.

Əliyevi İİR prezidenti Həsən Ruhani dəvət edib. “İqtisadiyyat və energetika sahəsində sənədlərin” imzalanması gözlənilir. Bu, İran üzərindən sanksiyaların götürülməsindən sonra Azərbaycanın indiki prezidentinin bu ölkəyə ilk səfəri olacaq.

Bakı əvvəllər Güney Qafqazda ətrafında başlıca hadisələrin dolaşdığı özək rolunda çıxış edirdi. Çünki Azərbaycan Xəzər bölgəsinin, az qala, aparıcı enerji ehtiyatları qaynağı, Avropaya enerji resurslarının, xüsusən də Türkmənistan qazının tədarükündə Rusiyaya alternativ kimi nəzərdən keçirilirdi (Bakı bu cür layihəni həyata keçirməyə nail olsaydı). Böyük xarici güclərin – Rusiya, ABŞ və AB-nin diqqəti Bakıya cəlb olunmuşdu. Hələ bölgədə Bakıya eksklüziv status verən Türkiyə ilə hərbi-siyasi alyansı demirik. Bu amillər respublikanın siyasi elitasında müəyyən siyasi mentallıq yaratmışdı. Azərbaycan SSRİ dağıldıqdan sonra Türkiyəyə münasibətdə məşhur “bir millət – iki dövlət” prinsipini əldə silah edərkən, bu o demək idi ki, bir tərəfdən ümumittifaq və yaxud Rusiya yönündən uzaqlaşır, digər tərəfdən isə bütövlükdə Bakı ilə Tehran arasındakı qarşılıqlı münasibətləri və Moskva ilə münasibətlərdə astadan səslənən “anlaşılmazlıqlar” problemini müəyyən edən mümkün iranlaşma yolunda maneə rolunu oynayırdı. Kreml siyasi emosiyalarını cilovlayırdı, çünki Türkiyə prezidenti Rəcəb Ərdoğanla “etibarlı” münasibətləri var idi ki, bu da “Rusiya-Türkiyə-Azərbaycan alyansı”nın formalaşması perspektivlərini açırdı. Lakin Azərbaycan diplomatiyası partiyanı sonadək öz maraqları xatirinə apara bilərdisə də, Moskva və Ankara bu alyansda da Bakı kartını öz maraqları naminə oynamaq imkanına malik idi. Tarixi matrisaya qoyulmuş “imperiya kodu” onu pis vəziyyətdə qoymasaydı…

Hələ 1992-ci ldə Azərbaycan prezidenti Əbülfəz Elçibəy əsasən azərbaycanlıların məskunlaşdığı ərazilərin vahid dövlətdə birləşdirilməsi ideyasını irəli sürdü. Bu, İrana qarşı yönəlmişdi və Tehranda bunu xatırlayırlar. Məsələn, İran 2013-cü ildə etiraz notası il çıxış edərək Bakını “Güney Azərbaycan” məsəsləsinin müzakirə edildiyi “Güney Azərbaycan milli Azadlıq Cəbhəsi” vasitəsilə separatizmi qızışdırmaqda ittiham etdi. O zaman maraq doğuran durum biçimlənmişdi:

Bakı Moskva ilə münasibətlərini Qarabağ münaqişəsinin öz ssenarisi üzrə həll edilməsi ilə şərtləndirir, Ermənistanın blokadasına qoşmağa nail olmaq niyyətilə Tehrana basqı göstərir, AB isə Rusiyadan yan keçməklə energetika strategiyasının geçəkləşəcəyi halda qızıldan dağlar və Qarabağı vəd etməklə, Azərbaycan elitasının “Avropa əhvali-ruhiyyəsi” ilə oyun oynayırdı.

Hər şey İrandan sanksiyalar götürüləndən sonra dəyişildi və aydın oldu ki, Tehran tamamilə yeni geopolitik, bununla bərabər geoiqtisadi konfiqurasiya yaradıb . Tükənməz neft və qazı ilə bölgənin bütün kartlarını qarışdıracaq və hazırda İranın iqtisadi gücü, eyni zamanda siyasi təsiri ildən-ilə artacaq.

Bununla yanaşı, müttəfiq Türkiyənin nüfuzu kəskin şəkildə aşağı düşdü. Bakı və Ankaranın proqnozlarına baxmayaraq, Yaxın Şərqdə beynəlxalq münasibətlərin ağırlıq mərkəzi xarici güclərin dəstəyindən istifadə edən Tehrana sarı dəyişilir. İstanbullu bir ekspertin fikrincə, “Türkiyə və Azərbaycan üçün əlverişsiz dönəmlər yetişib, çünki dünya siyasətinin farvaterindən düşüblər”.

Financial Times-ın məlumatına görə, “Qərb şirkətlərinin İrana qayıdışı, neft ixracatının güclənməsi və İran qazının Avropaya sonrakı nəqli Azərbaycanln geopolitik önəmini heçə endirəcək”.

Tehranla Bakının qarşılıqlı iqtisadi fəaliyyət potensialı çox böyükdür, lakin Azərbaycanın əvvəllər nəzərdə tutduğu kimi, İran bu bağlılıqda aparılan deyil, aparıcı rolunda çıxış edir və Güney Qafqazda yumurtanı bircə zənbilə qoymur.

Pakayinin məlumat verdiyi kimi, iranlılar Qəzvindən Astaraya dəmiryolunun inşasına girişiblər. “Quzey-Güney” marşrutu Rusiya, Azərbaycan və İranı birləşdirəcək. İranın Tiflisdəki səfiri Abbas Talibi bildirib ki, Tehran Avropaya qaz tədarükü marşrutu kimi həm Gürcüstanı, həm də Azərbaycanı nəzərdən keçirə bilər. Lakin eyni zamanda Tiflisi “öz milli maraqlarından çıxış etməyə” çağırıb.

Ona görə də ehtimal etmk olar ki, Əliyev Tehran səfəri vaxtı ciddi seçimlə və ola bilsin, Azərbaycanla əməkdaşlığın genişləndirilməsində məhz İran tərəfi əsas təşkilatçı rolunda çıxış edərkən təzyiqlə üzləşəcək. Həm də perspektivdə istisna etmək olmaz ki, İran Gürcüsatan vasitəsilə Azərbaycanın Türkiyəyə “pəncərəsi”ni bağlayacaq.

Bir sözlə, Güney Qafqazda yeni energetik və geopolitik düzülüş tərtiblənir. İran, Rusiya və Azərbaycan “mavi yanacağın” donor tədarükçüləri, Ermənistan və Gürcüstan qan köçürülən kimi çıxış edir. Hətta Amerikanın Stratfor özəl kəşfiyyat-təhlil şirkəti ehtimal edir ki, “Moskva İrana qədər tranzit şəbəkəsini, həm də təsirini genişləndirəcək ki, səyləri birləşdirib digər böyük dövlətlərin bu bölgədə iştirakını məhdudlaşdırsın”.

REGNUM İA

12.02.2016 

(Tərcümə Strateq.az-a məxsusdur)