XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

13 Fevral 2016 - 17:29

Türkiyə ordusu Suriyada əməliyyata qərar verdi – [color=red]TSK PYD-ni vurmağa başladı

Türkiyə ordusu PKK-nın Suriya və İraqdakı hərbi qanadı olan YPG/PYD bazalarını "Fırtına" toplarıyla vurmağa başlayıb.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 17.45-də başlanan ağır toplarla vuruşlar bu dəqiqələrə qədər davam edir. PYD-nin Azez şəhərini ələ keçirməsinə qarşı düzənlənən bu top atəşləri az sonra bölgədə PYD-nin bütün bazalarını əhatə etməyə başlayıb.

Türk qaynaqları bildirir ki, bu hücumlar hələki bu qaydada davam edəcək:

"Məqsəd Türkiyə sərhədlərinə yaxınlaşmaqda olan PYD-nin uzaqlaşdırılması, eyni zamanda, bir yandan Əsəd, bir yandan da PKK-çıların Hələbdəki müxalif qrupları mühasirəyə alaraq, onları Türkiyə ilə qurudan birləşdirilən yeganə dəhlizini kəsməsinin qarşısını almaqdır".

Məlumatda o da qeyd olunur ki, bu gün Ərzurumda çıxış edən baş nazir Əhməd Davudoğlu da Hələbi əlində saxlayan Azad Suriya Ordusunu sonadək müdafiə edəcəklərini bildirib.