Azərbaycanda iqtidarla müxalifət arasında növbəti görüşün tarixi məlum olub.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə “Report”a açıqlamasında bildirib ki, görüş Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun rəhbərliyi ilə mayın 15-də saat 10:00-da baş tutacaq.
Xatırladaq ki, iqtidarla müxalifətin sonuncu görüşü fevralın 12-də keçirilib. Görüşdə iqtidar tərəfdən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev, müxalifət tərəfdən isə AXCP və Müsavatadan savayı əksər partiyalar qatılıb.