XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 May 2015 - 15:14

Prezident Administrasiyası İlyas İsmayılovu da dəvət etdi

Ilyas_Ismayilov.jpg

Mayın 15-də keçiriləcək iqtidar və müxalifət partiyalarının növbəti görüşündə Ədalət Partiyası da iştirak edəcək. Prezident Administrasiyasından Ədalət Partiyasına müvafiq dəvət gəlib. Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov Strateq.az-a açıqlamasında məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Ədalət Partiyası görüşə qatılacaq və müzakirələrdə iştirak edəcək.

Qeyd edək ki, əvvəlki iki görüşə Ədalət Partiyası dəvət olunmamışdı.

Xatırladaq ki, bundan əvvəl iqtidar və müxalifət partiyalarının iki görüşü keçirilib. İqtidarla müxalifətin sonuncu görüşü fevralın 12-də baş tutub. Görüşdə iqtidar tərəfdən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev, müxalifət tərəfdən isə Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının (BQP) başqanı, deputat Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev, Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev, ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, deputat Fərəc Quliyev, Azərbaycan Vahid Kommunist Partiyasının sədrinin birinci müavini Musa Tukanov və Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov iştirak edib.

Məlumat verdiyimiz kimi, sayca üçüncü görüşə, bu dəfə AXCP və Müsavat Partiyası da dəvət olunub.

Strateq.az