İraqın Sədr Hərəkatının lideri Seyyid Müqtəda Sədr “Qüds” Korpusunun komandiri Hacı Qasim Süleymaninin ölümü ilə bağlı İran İslam Respublikasının rəhbərliyinə, İran xalqı və hökumətinə başsağlığı verib.
Strateq.az “Təsnim”-ə istinadla xəbər verir ki, mesajda deyilir: “Aydındır ki, onu hədəfə alan təkəbbür qüvvələri beynəlxalq cihad və inqilabi ruhun düşmənləridir. Lakin onlar bizim qətiyyətimizin və cihadımızın qarışını ala bilməzlər.
Allahdan bölgəni təhlükədən iraq tutmasını, əziz İraqı bəlalardan qorumasını diləyir, hamıdan ağıllı və müdrik davranmasını xahiş edirəm”.