XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 May 2015 - 09:11

Milli Məclisdə Avropa İttifaqındakı korrupsiya haqqında müzakirələr başlanır – BU GÜN

Milli_Meclis.jpg

Bu gun Milli Məclisdə Avropa İttifaqı ölkələrində insan haqları, söz və mətbuat azadlığı, korrupsiya halları ilə bağlı dinləmələr keçiriləcək. Bu barədə parlamentə yaxın mənbələrdən strateq.az-a bildirilib. Dinləmələr saat 15.00-da başlayacaq. Dinləmələrdə millət vəkillləri, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, müstəqil ekspert və politoloqlar iştirak edəcək.

Dinləmələrdə ekspertlər və millət vəkilləri müvafiq məruzələrlə çıxış edəcəklər. Məruzələr ətrafında müzakirələr aparılacaq.

Tədbirin keçirilməsində məqsəd beynəlxalq ictimaiyyətin diqqətini Avropa İttifaqı ölkələrində insan hüquq və azadlıqlarının qorunması, korrupsiyaya qarşı mübarizə sahəsində müşahidə olunan problemlərə çəkməkdir.

Strateq.az