XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

13 May 2015 - 11:46

Avropa Rusiya ilə savaşda “Şərq cəbhəsi” açır-TƏHLİL

Transxezer_1.jpg

Avropa Ittifaqı və Xəzər dənizi regionu ölkələri – Azərbaycan, Türkiyə, Türkmənistan bölgədən Avropaya təbii qazın nəqlinin müzakirəsi üçün daimi İşçi Qrup yaradırlar. Bu barədə RİA Novosti Agentliyi Azərbaycanın energetika naziri Natiq Əliyevə istinadən məlumat yayıb.

Transxəzər qaz kəməri ilə bağlı Aşqabad danışıqları

İşçi Qrupun yaradılması ilə bağlı razılıq Avropa İtifaqının enerji məsələləri üzrə komisarı Maroş Şefçoviçin Azərbaycan, Türkiyə, Türkmənistan enerji nazirləri ilə görüşünün nəticələrinə əsasən əldə olunub. N.Əliyev bildirib ki, Türkmənistan Transxəzər qaz kəmərinin çəkilişinə maraq göstərir və ildə Avropaya 30 milyard kubmetr təbii qa ixrac etməyə hazır olduğunu açıqlayıb.

Avropa İttifaqı isə Transxəzər qaz kəmərinin çəkilməsini maliyyələşdirilməsi üçün böyük Avropa şirkətlərindən ibarət konsorsium formalaşdırılmasını təklif edib.

Bununla belə, Natiq Əliyev qeyd edib ki, Tranxəzər qaz kəmərinin çəkilməsi ilə bağlı bəzi məsələlər həllini tapmayıb: “Türkmənistanda bildiyimiz kimi şərq-qərb qaz kəməri çəkilir. O kəmər bu il istifadəyə veriləcək. Bu isə o deməkdir ki, Türkmənistan öz qazını Xəzərin şərq sahilinə gətirmək istəyir. Transxəzər boru kəmərini kimin çəkəcəyi məsələsi isə hələ aydın deyil. Türkmənistan Avropaya 30 mlrd. kubmetr qaz satmağa hazır olduğunu bəyan etsə də, bu söz olaraq qalır. Kəmər yoxdur. Bu qazın alıcısının da kim olduğu bilinmir. Kəmərin kim tərəfindən tikiləcəyi, hansı vəsaitin kim tərəfindən cəlb olunacağı da aydın deyil”.

“Hesab edirəm ki, bu məsələ hər kəs üçün, ilk növbədə Avropa İttifaqı üçün çox maraqlıdır. Cənab Şevçoviç bu suallara hələ cavab verə bilmir. Onun fikri var ki, Avropa Xəzər konsorsiumu yaradılsın. Bu konsorsium Avropanın nüfuzlu enerji şirkətlərindən ibarət olacaq. Onlar alıcı qismində çıxış edəcək və Transxəzər kəmərinin çəkilişi bu çərçivədə həll olunacaq. Lakin bütün bunlar hələ aydın deyil, bu iş çox vaxt apara bilər, danışıqlar davam edir”, – deyə nazir vurğulayıb.

Avropa Rusiyaya qarşı “Şərq cəbəshi” açır

Avropa İttifaqının təkidlə bir daha Transxəzər qaz kəmərinin çəkilməsi planlarını aktuallaşdırmaq istəməsi Brüsselin Rusiyaya qarşı Şərqdə “qaz cəbhəsi” açmaq niyyətindən əl çəkmədiyini göstərir. Bütün bunlar isə Rusiya qazını Türkiyə üzərindən Avropaya nəql etmək planlarının reallaşması ilə bağlı konkret addımların atılması fonunda baş verməsi diqqət çəkməyə bilməz. Hadisələrin xronoloji ardıcıllığı və zamanlama da ABŞ və Avropa İttifaqının Kremllə çəkişmək üçün bütün mümkün variantları sınaqdan çıxarmaqda qətiyyətli olduğunu deməyə əsas verir.

Xatırladaq ki, bir neçə gün əvvəl mayın 7-də Rusiyanın “Qazprom” və Türkiyənin “Botaş” şirkətləri “Türk axını” qaz kəmərinin dənizin dibi ilə keçəcək marşrutu barədə razılıq əldə ediblər. “Qazprom”un rəhbəri Aleksandr Miller və Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın görüşündə “Türk axını” qaz kəmərinin 2016-ci ilin dekabr ayınadək istifadəyə verilməsi və istismara başlanılması razılaşdırılıb.

Bunun ardından Afinada keçirilən danışıqlarda ABŞ Dövlət Departamentinn beynəlxalq enerji məsələləri üzrə təmsilçisi Amos Xokstayn açıq bəyan edib ki, Vaşinqton “Cənub axını” əvəsində “Türk axını”nın çəkilməsinə qarşıdır. Bu barədə Yunanıstanın energetika naziri Panaytotis Lafazanis bəyan etmişdi.

Putinə xəbərdarlıq

Transxezer_2.jpg

Bütün bunlardan sonra Transxəzər qaz kəmərinin çəkilməsi ilə bağlı planların yenidən müzakirəsinin gündəliyə gətirilməsi əlbətdə ki, təsadüf ola bilməz. Transxəzər qaz kəməri ilə bağlı Aşqabad danışıqları Avropa İttifaqının Türkiyə üçün yeni alternativlər təklif etməklə Ankaranı Moskva ilə əməkdaşlığa yenidən baxmağa sövq etmək cəhdlərindən biri kimi dəyərləndirilə bilər. Brüssel həmçinin Kremlə də Rusiya qazının alternatvi olduğunu və Avropa İttifaqının bu istiqamətdə işləməkdən əl çəkmədiyini nümayiş etdirməyə çalışır.

Şübhəsiz ki, Azərbaycan Avropa İttifaqının Türkmənistan qazının nəqli ilə bağlı planlarında əsas oyunçulardan biridir Rəsmi Bakının davranışı göstərir ki, Azərbaycan müzakirələrdə iştirak etsə də, Transxəzər qaz kəməri layihəsinin perspektivini o qədər də nikbin qiymətləndirmir.

Zaur İbrahimli