XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 May 2015 - 14:19

Əli Kərimli iqtidar-müxalifət görüşünə qatılmayacaq

thumb_90_68_eli-kerimli.jpeg

AXCP Sabah keçirilməsi nəzərdə tutulan iqtidar-müxalifət görüşünə qatılmayacaq. Bu barədə Strateq.az-a partiyadakı mənbə bildirib. Mənbənin sözlərinə görə, partiyanın bu mövqeyi formatın düzgün seçilməməsi və müzakirə olunan mövzuların əvvəlcədən razılaşdırılmaması ilə bağlıdır.

Xatırladaq ki, iqtidar və müxalifət görüşü sabah saat 10.00-da başlayacaq. İqtidar görüşdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun rəhbərlik etdiyi heyətlə təmsil olunacaq.

Bundan əvvəl iki belə görüş keçirilib. Əvvəlki görüşlərə Müsavat və AXCP dəvət olunmayıb. Sabahkı görüşə isə AXCP və Müsavatla yanaşı, əvvəl dəvət almayan Ədalət Partiyası da çağrılıb.

Strateq.az