XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

13 May 2015 - 14:19

Əli Kərimli iqtidar-müxalifət dialoquna qatılmaqdan imtina etdi- ÖZƏL

AXCP mayın15-də keçirilməsi nəzərdə tutulan iqtidar-müxalifət görüşünə qatılmayacaq.

Bu barədə Strateq.az-a partiyadakı mənbələrdən məlumat daxil olub. Mənbənin bildirdiyinə görə, partiyanın bu mövqeyi formatın düzgün seçilməməsi və müzakirə olunan mövzuların əvvəlcədən razılaşdırılmaması ilə əsaslandırılsa da, gerçəklikdə AXCP sədri Əli Kərimli psixoloji baxımdan bu görüşə hazır deyil: “Əli bəy xüsusən də vaxtilə onun əleyhinə çıxmış və hazırda hakimiyyətin əlinə oynayan sabiq partiyadaşları ilə eyni masa ətrafında oturmaq istəmir”.

Onu da qeyd edək ki, bir xeyli əvvəl Strateq.az-da AXCP-nin dialoqa dəvət ediləcəyi haqda məlumat verilmişdi. O da vurğulanmışdı ki, Əli Kərimli imtina edəcəyi halda, hakimiyyətin bu partiyaya qarşı təzyiqləri daha amansız xarakter alacaq.

Xatırladaq ki, iqtidar-müxalifət görüşü saat 10.00-da başlayacaq. İqtidar görüşdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun rəhbərlik etdiyi heyətlə təmsil olunacaq.

Bundan əvvəl iki belə görüş keçirilib. Əvvəlki görüşlərə Müsavat və AXCP dəvət olunmayıb. Sabahkı görüşə isə AXCP və Müsavatla yanaşı, əvvəl dəvət almayan Ədalət Partiyası da çağrılıb.

Strateq.az